259) Nootrop maddələr nə üçün istifadə olunur?
A) Əqli cəhətdən inkişaf etməmiş uşaqların müalicəsi üçün
B) Hipertoniyada
C) Yuxusuzluqda
D) Şəkərli diabetdə
E) Fiziki yorğunluqda
Nootrop maddələr beyinin funksional vəziyyətini yaxşılaşdırır, onun psixi fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Buna görə də nootrop maddələr beyinin pozulmuş funksiyalarının və əqli cəhətdən inkişaf etməmiş uşaqların müalicəsində istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 198
260) Reflektor analeptiklər başqa cür necə adlanır?
A) N-xolinoblokatorlar
B) M-xolinomimetiklər
C) Tənəffüs analeptikləri
D) Adrenoblokator
E) Adrenomimetiklər
Reflektor təsirli analeptiklər ümumi yuxu arteriyasında yerləşən karotid kələflərin N-xolinoreseptorlarını qıcıqlandırmaqla reflektor yolla (sinir impulsları karotid kələflərdən hissi sinirlərlə tənəffüs mərkəzinə ötürülür) tənəffüs mərkəzini oyadır. Buna görə də reflektor təsirli analeptiklər tənəffüs analeptikləri də adlanır. Çünki onlar yalnız tənəffüs mərkəzini stimullaşdırır.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 200
Dostları ilə paylaş: |