256) Pişikotu preparatları sedativ təsirlə yanaşı daha hansı təsirə malikdir?
A) Spazmolitik
B) Qızdırmasalıcı
C) Antipsixotik
D) Antiallergik
E) Hipotenziv
Preparat spazmolitik təsirə malik olduğuna görə ürək-damar funksiyalarının pozulması ilə müşayət olunan nevrozlarda və mədə-bağırsaq sisteminin spazmasında istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 190
257) İmipramin(İmizin)preparatının neçə %-li inyeksiya məhlulundan istifadə olunur?
A) 0,1%-li
B) 2%-li
C) 5%-li
D) 1%-li
E) 1,25 %-li
İmipramin(İmizin) 1,25% məhlulu 2 ml ampulda buraxılır və əzələ daxilinə yeridilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 192
Dostları ilə paylaş: |