543) Şiş xəstəliklərində istifadə edilən ferment preparatı hansıdır ?
A) Unitiol
B) Flutamid
C) Kolxamin
D) Fosfeterol
E) L-asparaginaza
Kəskin linfoblast,leykozda,limfosarkomada istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 550
544) Ağır metal duzları ilə zəhərlənmə zamanı hansı preparatdan istifadə edilir ?
A) Atropin-sulfatdan
B) Nitrofuraldan (Furasilin)
C) 0,5%-li tannin məhlulundan
D) Trimedoksim-bromiddən (Dipiroksim)
E) Qliserindən
0,5% tannin məhlulu ağır metal duzları ilə birləşərək mədə-bağırsaqda həll olmayan birləşmə əmələ gətirir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 556
Dostları ilə paylaş: |