549) Hansı bitkilər dərman bitkisi adlanır?
A) Tərkibində fermentlər olan
B) Tərkibində vitaminlər olan
C) Tərkibində ballast maddələr olan
D) Tərkibində zərərli maddələr olmayan
E) Tərkibində farmakoloji fəal maddə olan və fizioloji təsir göstərən
Tərkibində farmakoloji fəal maddə olan və fizioloji təsir göstərən bitkilər dərman bitkisi adlanır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev, C.S.Xəlilov “Farmakoqnoziya” Bakı-2010 səh.15.
550) Hansı dərman bitkiləri ofisinal dərman bitkiləri adlanır?
A) Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə rəsmi surətdə icazə verilmiş
B) Xalq təbabətində istifadə olunan
C) Dövlət Farmakoloji Komitəsi tərəfindən istifadəsinə rəsmi icazə verilmiş
D) Mərkəzi Nəzarət Labaratoriyası tərəfindən istifadəsinə rəsmi surətdə icazə verilmiş
E) Dövlət farmakopeyasının şərtlərinə cavab verən
Dövlət Farmakoloji Komitəsi tərəfindən istifadəsinə rəsmi icazə verilmiş dərman bitkiləri ofisinal dərman bitkiləri adlanir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.15.
Dostları ilə paylaş: |