587) Ardıc meyvələri hansı yığıntının tərkibinə daxildir?
A) Yuxugətirici
B) Ödqovucu
C) Qurdqovucu
D) Sidikqovucu
E) Sakitləşdirici
Ardıc meyvələrinin tərkibində 0,5-2% efir yağı vardır. Efir yağının tərkibində 70-dən çox maddə müəyyən edilmişdir. Ardıc meyvəsinin farmakoloyi xüsusiyyəti efir yağları ilə bağlıdır. Ardıc meyvələri sidikqovucu yığıntıların tərkibinə daxildir. Efir yağları böyrəklər vasitəsilə xaric olduqda onları zəif qıcıqlandırır və nəticədə diurezi artırır. Eyni zamanda sidikçıxarıcı yollara dezinfeksiyaedici təsir göstərir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.221.
Dostları ilə paylaş: |