590) Hansı bitki efferent sinir sisteminə təsir göstərən dərman bitkisidir?
A) Nanə
B) Üskükotu
C) Üçbarmaq otu
D) Şirquyruğu
E) Xanımotu
Bitkinin bütün hissələrində alkaloidlər vardır. Xammaldan atropin-sulfat alınır ki, onun da əsasında həblər, məlhəm, inyeksiya dərman formaları hazırlayırlar. Xanımotunun preparatları tibbdə spazmolitik və ağrıkəsici vasitələr kimi mədə və onikibarmaq bağırsaq xoralarında, xolesistitdə, böyrək sancılarında, bağırsaq və sidik yollarının spazmında , parkinsonizmdə tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.388.
Dostları ilə paylaş: |