Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Miokard infarktı zamanı baş verə biləcək şokun qarşısını almaq üçün hansı maddədən istifadə olunur?



Yüklə 311,29 Kb.
səhifə162/500
tarix25.12.2016
ölçüsü311,29 Kb.
#2945
1   ...   158   159   160   161   162   163   164   165   ...   500
316) Miokard infarktı zamanı baş verə biləcək şokun qarşısını almaq üçün hansı maddədən istifadə olunur?
A) Spazmalqon

B) Benalgin

C) Trimeperidin (Promedol)

D) Tempalgin

E) Prokain (Novokain)
Miokard infarktında yaranan ağrıları aradan qaldırmaq və bu ağrılar zəminində baş verə bilən kardiogen şokun qarşısını almaq üçün narkotik analgetiklərdən morfin, promedol, fentanil, talamonal və s. istifadə edilir. İnfarkt ağrılarını qaldırmaq üçün azot-1 oksiddən istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 245
317) Miokard infarktı zamanı arterial təzyiqi yüksəltmək üçün hansı preparatdan istifadə olunur?
A) Ephedrin-hidroxlorid

B) Lidokain

C) Epinefrin(Adrenalin-hidroxloriD)

D) Fenilefrin (Mezaton)

E) Kofein-natrium benzoate
Miokard infarktı zamanı arterial təzyiqi yüksəltmək üçün α adrenomimetik maddələrdən, mezaton, norepinefrin istifadə edilir.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 245
318) Qlaukomanın müalicəsi üçün klonidinin (klofelin) göz damcısı hansı dozada və tezlikdəistifadə olunur?
A) Gündə 1 dəfə 1 damcı

B) Gündə 3 dəfə 2 damcı

C) Gündə 2 dəfə 4 damcı

D) Gündə 2-4 dəfə 1 damcı

E) Gündə 1 dəfə 3 damcı
Klonidin(Klofelin) hipertonik krizlərdə və qlaukomada istifadə edilir. Qlaukomanın müalicəsi üçün 0,125-0,25 0,5%-li məhlulları göz damcısı şəklində gündə 2-4 dəfə 1 damcı istifadə olunur.
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 249


Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin