585) Tibbi məqsədlə evkalipt bitkisinin hansı hissəsi istifadə olunur?
A) Çiçəyi
B) Kökü
C) Yarpağı
D) Gövdəsi
E) Meyvəsi
Evkalipt yarpağının tərkibində əsas təsiredici maddə efir yağı vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.206.
586) Sarı buynuzlalə otunun preparatları hansı xəstəlikdə istifadə olunur?
A) Bronxit
B) Zob
C) Qastrit
D) Şəkərli diabet
E) Nevroz
Sarı buynuzlalə otunun preparatları öskürəkkəsici və analgetik vasitədir. “Qlausin hidroxlorid” və “Qlauvent” preparatlarının istehsalında istifadə olunur. “Qlausin hidrobromid”, “Bronxolitin” preparatlarının tərkibinə daxildir ki, bu preparatlar da kəskin və xroniki bronxitdə təyin edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.413-415.
Dostları ilə paylaş: |