712) Cökə çiçəyinin dəmləməsindən hansı dərman kimi istifadə edilir?
A) Qankəsici kimi
B) Bəlğəmgətirici kimi
C) Sakitləşdirici kimi
D) Ödqovucu kimi
E) Tərlədici kimi
Cökə çiçəyinin tərkibində flavonoidlər, saponinlər, karotin, askorbin turşusu, efir yağı və s. vardır. Bitkinin çiçəkləri dəmləmə şəklində tərqovucu və hərarətsalıcı vasitə kimi soyuqdəymə zamanı istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.581-583.
713) Göyçiçək çiçəklərinin duru ekstraktı hansı xüsusiyyətə malikdir?
A) Yuxugətirici
B) Sidikqovucu
C) Bakteriosid
D) Qurdqovucu
E) Spazmolitik
Xammalın tərkibində antosianlar, kumarinlər vardır. Sulu bişirmə və duru ekstraktı sidikqovucu vasitə kimi böyrək və sidik kisəsi xəstəliklərində istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.570.
Dostları ilə paylaş: |