710) Dəvədabanı bitkisinin latınca adı nədir?
A) Viburnum apulus
B) Tussilaqo farfara
C) Quercus robur
D) Panax ginseng
E) Adonis vernalis
Dəvədabanı bitkisinin latınca adı – Tussilaqo farfara.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.87.
711) Başınağacı bitkisindən hazırlanan duru ekstrakt hansı məqsədlə istifadə olunur?
A) Sidikqovucu kimi
B) Qankəsici kimi
C) Yuxugətirici kimi
D) Hipotenziv kimi
E) Ödqovucu kimi
Başınağacının qabığında viburnin qlikozidi, K vitamini, karotin, pirokatexin qrupu, triterpen saponinlər, qatran vardır. K vitamini qan kəsici xüsusiyyətə malik olduğundan, bitkinin duru ekstraktı qankəsici təsirlidir. Başınağacı qabığından 50%-li spirtdə hazılanmış ekstrskt uşaqlıq qanaxmalarını azaltmaq və dayandırmaq üçün tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 167-171.
Dostları ilə paylaş: |