726) “Romazulan” preparatı hansı bitkidən hazırlanır?
A) Dazıotundan
B) Gicitkən yarpağından
C) Çobanyastığı çiçəyindən
D) Boymadərən çiçəklərindən
E) Bağayarpağından
Çobanyastığının çiçəyindən “Romazulan” preparatı alınır. “Romazulan” məhlul şəklində olub, tərkibinə çobanyastığının ekstraktı və efir yağı daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 242-245.
727) Boymadərənin dəmləmə və ekstraktı hansı məqsədlə tətbiq edilir?
A) Qurdqovucu kimi
B) Ödqovucu kimi
C) Sidikqovucu kimi
D) Qankəsici kimi
E) İşlədici kimi
Boymadərənin tərkibində efir yağı, alkaloid betonisin və K vitamini vardır. Xammaldan dəmləmə və maye ekstrakt hazırlanır ki, onlar da daxilə və xaricə ağciyər, bağırsaq, uşaqlıq, burun qanaxmalarında qankəsici vasitə kimi tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.245-247.
Dostları ilə paylaş: |