721) C vitaminin mənbəyi kimi təbabətdə hansı bitkilərdən istifadə edilir?
A) Kələm yarpağı, gülümbahar çiçəkləri, qarğıdalı saçağı
B) Çətənə kəndiri, at şabalıdı, üskükotu
C) Palıd qabığı, qurd pəncəsi, psoraleya kökü
D) Şirquyruğu otu, dazıotu, yemişan çiçəkləri
E) İtburnu meyvəsi, qara qarağat meyvəsi, novruzçiçəyi yarpağı
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
722) Çaytikanı bitkisinin hansı hissəsi tibbdə istifadə edilir?
A) Kökü
B) Çiçəyi
C) Gövdəsi
D) Yarpağı
E) Meyvəsi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
Dostları ilə paylaş: |