946) Bunlardan hansı nəzarət-analitik laboratoriyalarının funksiyasına daxildir?
A) Malın alınması xərclərini ödəmək
B) Xaricdən alınan və ölkədə istehsal olunan dərman vasitələrinin keyfiyyətinə nəzarət etmək
C) Apteklərə lisenziya vermək
D) Aptekləri əczaçılıq malları ilə təchiz etmək
E) Apteklərə qəbul olunan malların uçotunu aparmaq
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı, 2002
947) Bunlardan hansı tam kimyəvi analizə cəlb olunmur?
A) Tərkibində zəhərli və narkotik maddələr olan göz damcıları
B) İnyeksiya məhlulları
C) Destillə suyu
D) Tərkibində hidrogen xlorid olan məhlullar
E) Yeni doğulmuş uşaqlar üçün dərman formaları
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı, 2002
948) Destillə suyu tam kimyəvi analiz üçün nəzarət–analitik laboratoriyasına neçə müddətdən bir göndərilir?
A) 3 aydan bir
B) 15 gündən bir
C) 6 aydan bir
D) Ayda bir dəfə
E) İldə bir dəfə
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı, 2002
Dostları ilə paylaş: |