147) Aşağıdakı preparatlardan hansılar Qalen preparatlarına aiddir?
A) İnyeksiya dərman formaları
B) Məhlullar, miksturalar
C) Dəmləmə və bişirmələr
D) Tinkturalar, ekstraktlar
E) Suspenziyalar, emulsiyalar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
148) Allergik mənşəli əlavə təsir nədən asılıdır?
A) Dərman maddəsinin dozasından
B) Dərman maddəsinin kimyəvi quruluşundan
C) Göstərilənlərin hamısından
D) Orqanizmin fərdi xüsusiyyətlərindən
E) Dərman maddəsinin farmakoloji xassələrindən
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
149) Müəyyən ferment sisteminin irsi çatışmazlığı ilə bağlı olaraq orqanizmin hər hansı dərman maddəsinə qarşı yüksək həssaslıq göstərməsi necə adlanır?
A) Allergiya
B) Sinergizm
C) Vərdişolma
D) Dərmandan asılılıq
E) İdiosinkraziya
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
150) Orqanizmin immun mexanizmlə bağlı olaraq hər hansı dərman maddəsinə qarşı yüksək həssaslıq göstərməsi necə adlanır?
A) Sinergizm
B) Dərmandan asılılıq
C) Allergiya
D) İdiosinkraziya
E) Vərdişolma
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
Dostları ilə paylaş: |