155) Dərman maddəsinin hansı təsiri etiotrop təsir adlanır?
A) Dərman maddəsinin yeridildiyi nahiyəyə göstərdiyi təsir
B) Xəstəliyin səbəbinə qarşı yönəlmiş təsir
C) Dərman maddəsinin qana sorulduqdan sonra göstərdiyi təsir
D) Xəstəliyin simptomlarına qarşı yönəlmiş təsir
E) Dərman maddəsinin toxunduğu nahiyəyə göstərdiyi təsir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Nurlan”.2005
156) Hansı poroşoklar (tozlar) mürəkkəb poroşoklar adlanır?
A) Tərkibində bir dərman maddəsi olan poroşoklar
B) Tərkibi narkotik dərman maddəsindən ibarət olan poroşoklar
C) Tərkibcə bitki mənşəli dərman maddəsindən ibarət olan poroşoklar
D) Tərkibində iki və daha çox dərman maddəsi olan poroşoklar
E) Tərkibcə sintetik dərman maddəsindən ibarət olan poroşoklar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
Dostları ilə paylaş: |