176) Aşağıdakı metal oksidlərindən hansı kseroformun tərkibininə daxildir?
A) Dəmir 3-oksid
B) Bismut 3-oksid
C) Mis 2-oksid
D) Dəmir 2-oksid
E) Titan 4-oksik
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
177) Aşağıdakı göstərilənlərdən hansılar qeyri-üzvi büzüşdürücü maddələrə aiddir?
A) Əsasi bismut-nitrat, kalium-alüminium zəyi, qurğuşun-asetat
B) Qurğuşun-asetat, adaçayı yarpaqlarının dəmləməsi, palıd qabığının bişirməsi
C) Alüminium-hidroksid, maqnezium-hidroksid, tannin
D) Romazulan, dermatol, kseroform
E) Kalium-alüminium zəyi, tannin, qurğuşun-asetat
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
178) Aşağıda sadalanan xüsusiyyətlərdən hansı büzüşdürücü maddələrə aid deyildir?
A) Büzüşdürücü maddələr güclü antimikrob təsirə malikdir
B) Büzüşdürücü maddələr selikli qişada zülalı pıxtalaşdırır
C) Büzüşdürücü maddələrin zülalı pıxtalaşdırmaqla əmələ gətirdiyi təbəqə hissi sinir uclarını qıcıqlandırıcıların təsirindən qoruyur.
D) Büzüşdürücü maddələr zəif antimikrob təsirə malikdir
E) Büzüşdürücü maddələr yara səthində olan zülalı pıxtalaşdırmaqla büzüşdürücü təsir göstərir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
Dostları ilə paylaş: |