169) Dolayı təsirli m-, n-xolinomimetik dərman maddələri nə üçün antixolinesteraz maddələr adlandırılır?
A) Xolinergik sinapslarda xolinesterazanı aktivləşdirdikləri üçün
B) Bilavasitə adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərdikləri üçün
C) M- və n-xolinoreseptorları blokadaya aldıqları üçün
D) M- və n-xolinoreseptorlara birbaşa qıcıqlandırıcı təsir göstərdikləri üçün
E) Xolinergik sinapslarda xolinesterazanın katalitik fəaliyyətini azaltdıqları üçün
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
170) Yerli anesteziyaedici maddələrin təsir müddətini uzatmaq üçün onların məhlullarına hansı maddə əlavə edilir?
A) Epinefrin (Adrenalin-hidroxlorid)
B) Efedrin-hidroxlorid
C) Benzilpenisillin
D) Diazepam
E) Etil spirti
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
171) Hansı yerli anesteziyaedici maddə parçalandıqda para-aminobenzoy turşusu əmələ gəlir?
A) Lidokain
B) Prokain-hidroxlorid (novokain)
C) Trimekain-hidroxlorid
D) Kokain
E) Benzokain (anestezin)
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
Dostları ilə paylaş: |