164) Qıcıqlandırıcı maddələrin təsir mexanizmi nədən ibarətdir?
A) Oyanmanın sinapslardan keçməsi prosesinə tormozlayıcı təsir göstərirlər
B) Hissi sinir uclarını blokadaya alırlar
C) Hissi sinir uclarını oyadırlar
D) Asetilxolinesteraza fermentini inaktivləşdirirlər
E) Oyanmanın sinir lifləri ilə ötürülməsinə mane olurlar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Nurlan”.2005
165) Hansı qrup preparatlar M-xolinoreseptorları birbaşa oyadır?
A) Adrenomimetiklər
B) Simpatomimetiklər
C) Xolinomimetiklər
D) Antixolinesteraz maddələr
E) Xolinoblokatorlar
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
166) Aşağıdakılardan hansılar birbaşa təsirli m-, n-xolinomimetik dərman maddələridir?
A) Ambenonium-xlorid (oksazil), qalantamin-hidroxlorid
B) Asetilxolin, karboxolin
C) Qalantamin-hidroxlorid, distiqmin-bromid (ubretid)
D) Piridostiqmin-bromid (kalimin), distiqmin-bromid (ubretid)
E) Neostiqmin-metilsulfat (prozerin), qalantamin-hidroxlorid
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008
Dostları ilə paylaş: |