EcoVision
Robin Şarma
Mümin Sekman
Uğur qazanmaq üçün 200
məsləhət
Her Şey Beyinde Başlar
Həqiqətən oxumağa dəyər. Vərdiş etdiyiniz həyat tərzi sizi
bezdiribsə, onu dəyişmək üçün bunu mütləq oxuyun! Uğurlu
insan olmaq üçün riayət etməli olduğunuz əsas həyat prin-
sipləri kitabda qısa məsləhətlər şəklində verilib. Onlar sizə
yalnız o halda kömək edəcək ki, təkcə oxumaqla kifayətlən-
məyib, istifadə etməyi də sınayacaqsınız. Sadəcə oxuyun, özü-
nüz üçün mütləq nə isə tapacaqsınız.
Her şey beyinde başlar.
Başarı, mutluluk, huzur beyinden gelir.
İnsanın karakteri, kararları, kaderi kafasında şekillenir.
Bazıları baştan kazanırken, bazıları ‘kafadan’ kaybeder!
Beyin vücudun % 2’si olsa da, geri kalan % 98’i yönetiyor.
Önemli bir iş yaptığından başımızın üstünde yeri var!
Aklın makinesi olan beyin herkese ‘bedava’ veriliyor!
Çoğumuz onu nasıl çalıştırmak gerektiğini öğrenmiyoruz.
O da kafamızın içinde, kafasına göre çalışıyor!
Ürettiği duygu ve düşüncelerin sonucunu ise biz yaşıyoruz.
Biz onu kullanmasak da o bizi kullanmaya devam ediyor.
Ne düşüneceğimizi, ne yapacağımızı belirliyor.
Bu kitap beyne, beyni anlatıyor.
Aklını başına toplamak ve hayatını ‘baş’tan aşağı değiştirmek
isteyenler için....
• Xırda məsələlərin sizi böyük problemlərdən yayındırmasına
imkan verməyin. Vaxtı idarə etmək həyatı idarə etmək demək-
dir, ona görə də öz vaxtınızın qayğısına qalın.
• Diqqətinizi nədə cəmləyirsinizsə, onu da əldə edirsiniz. Müs-
bət şeylər axtarırsınızsa, müsbət şeylər tapacaqsınız.
• Dedi-qodu və ya fikrinizcə səhvə yol vermiş insanları məzəm-
mət etmək kimi vərdişlərinizdən, şikayət etməkdən əl çəkin,
gülərüz, çalışqan və güclü şəxsiyyətə çevrilin. Bununla da di-
gər insanlara güclü təsir etmiş olacaqsınız.
• Yalnız nə isə öyrənə biləcəyiniz, enerjinizi öz şikayətləri və pis
əhvalı ilə tükətməyəcək müsbət və toparlanmış insanlarla tə-
masda olun.
• Söhbət yaxşılıqdan gedəndə gül kimi zərif, prinsiplərdən ge-
dəndə şimşək kimi kəskin olun.
• Həmişə bir qədər təmkinli olun. Heç kimə sizin haqqınızda hər
şeyi bilməyə imkan verməyin. Bir qədər sirli və müəmmalı in-
san təəssüratı yaradın.
• İşdə, sevgidə və həyatda möhkəm və ədalətli olun.
• Hamının sizi soyuq başlı, isti qəlbli və gözəl xasiyyətli adam
kimi tanımasına nail olun.
• Az yatın, az xərcləyin, çox iş görün, çox yaşayın və əzəmətli
olun.
“Yavaş yavaş ölürler
Seyahat etmeyenler.
Yavaş yavaş ölürler
Okumayanlar, müzik
dinlemeyenler,
Vicdanlarında hoşgörüyü
barındırmayanlar.
Yavaş yavaş ölürler
Alışkanlıklarına esir olanlar,
Her gün aynı yolları yürüyenler,
Ufuklarını genişletmeyen ve
değiştirmeyenler,
Elbiselerinin rengini bile değiştirme
riskine giremeyenler,
Bir yabancı ile konuşmayanlar.
Yavaş yavaş ölürler
Heyecandan kaçınanlar,
Tamir edilen kırık kalplerin
gözlerindeki parıltıyı görmek
istemekten kaçınanlar.
Yavaş yavaş ölürler
Aşkta ve işte bedbaht olup yön
değiştirmeyenler,
Rüyalarını gerçekleştirmek için risk
almayanlar,
Hayatlarında bir kez dahi mantıklı
tavsiyelerin dışına çıkmamış
olanlar".
kitablar
52
say 24 |
EcoVision
Süleyman Dəmirəl
xatirələrdə
Türkiyə
Cümhuriyyətinin 9-cu Prezidenti, Azər-
baycan Türkiyə İş Adamları Birliyinin fəxri
üzvü, ATİB-in təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdır-
malar Fondunun (ATAF) Himayəçilik Şurasının sədri cənab Süley-
man Dəmirəlin vəfat xəbəri hər birimizi son dərəcə sarsıtdı.
Yalnız Türkiyənin deyil, bütün Türk dünyasının böyük bir li-
deri olan Süleyman Dəmirəl dövlət xadimi, siyasətçi, cəsarətli və
mübariz insan kimi Türkiyə və türk dünyası üçün vacib xidmətlər
göstərib. Onun Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələ-
rin genişlənməsində və inkişafında, xüsusilə də Azərbaycanın
müstəqilliyini qazandığı ilk illərdə Türkiyə iş adamlarının ölkəmiz-
də fəaliyyət göstərmələri üçün təşviq edilməsində rolu danılmazdır.
Süleyman Dəmirəl ATİB-in fəaliyyətinə də öz dəstəyini
əsirgəməmiş, Birliyimizin nümayəndə heyətlərini mütəmadi
qəbul edərək öz qiymətli tövsiyələrini vermişdir. ATİB bun-
dan sonra da öz fəaliyətində həmin dəyərli tövsiyyələri rəh-
bər tutmağa çalışacaqdır.
Onun əziz xatirəsi qəlblərimizdə həmişə yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!
Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Cemal
Yangın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyin-
də bu ölkənin IX Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə
əlaqədar açılmış anım dəftərinə öz ürək sözlərini yazdı.
ATİB sədri Süleyman Dəmirəlin
vəfatı ilə əlaqədar anım dəftərinə
ürək sözlərini yazdı
say 24 |
EcoVision
53
ÇƏHRAYI
Çəhrayı rəngin sakitləşdirici təsiri var-
dır. Araşdırmalar göstərir ki, bu rəng insan-
ları sakitləşdirir və qəlbləri yumşaldır. Bir
həbsxanada qapı və pəncərə barmaqlıqları
çəhrayı rəngə boyandığına görə məhbusla-
rın aqressiv davranışlarının azaldığı müşa-
hidə edilmişdir. Çəhrayı rəngli bir otaqda
insanın əsəbiləşməsi qeyri-mümkündür.
Çəhrayının insanlar üzərində enerjini
çəkən sakitləşdirici rolu var.
Muhterem Öz
Zivella ofis mebelləri-
mağaza və satış müdiri
Rənglərin
insan həyatında rolu
MAVİ
İş görüşmələrinə gedərkən mavi rəngli
geyimlərdən istifadə etməklə qərarlılığınızı
və bağlılığınızı ifadə etmiş olarsınız. İnsan-
lar mavi rənglə yazılmış yazıları daha çox
yadda saxladıqları üçün, iş otaqlarınızda
mavi rəngə üstünlük verməyiniz məsləhət-
dir. İşləyərkən yadda qalması zəruri olan
qeydlərin altından qalın mavi qələmlə xətt
çəkmək oxuduqlarınızın ağlınızda qalması-
nı asanlaşdırar. Açıq mavi tünd mavinin ək-
sinə olaraq daha rahatladıcı rəngdir. Ayrıca,
mavi rəng təbii iştahkəsicidir. Çəki proble-
mi olanların evlərini mavi rəngə boyama-
ları onların zəifləmələrinə səbəb ola bilər.
Buna görə də çəki problemi olanlar xüsusilə
yemək otaqlarını və mətbəxi mavi rəngə bo-
yamalıdırlar. Həmçinin müştərilərinin daha
çox yeməsini istəyən restoran idarəçiləri
mavi rəngdən istifadə etməməlidirlər. Mavi
və açıq mavi rənglərlə boyanmış mühitlər
hər zaman performansı artırır.
QIRMIZI
Bu rəngin tez qərar qəbulunda böyük
təsiredici rolu vardır. Qırmızı rəngdə olan
sözlər və aksesuarlar diqqəti daha tez
cəlb edir. Dekorasiya və dizaynda qırmızı
cisimlərin mükəmməl olması çox vacibdir.
Bundan əlavə, qırmızı rəng qan dövranını
və tənəffüsü sürətləndirir. Qırmızı həm də
hakimiyyət rəmzi olan rəngdir.
SARI
Söhbət sarı rəngdən gedirsə, seçilən
tonlar çox vacibdir. Sarı rəngin az miqdar-
da istifadəsi səmimi mühit yaradır. Parlaq
limon sarısı gözü ən çox yoran rəngdir. Eyni
zamanda sarı rəng metabolizmi sürətlən-
dirir. İştahaçıcı rəng olduğundan mətbəx
və restoranlarda istifadə edilə bilər. Ayrıca,
sarı vərəqli qeyd dəftəri və kompüter ek-
ranında sarı rəngli arxa fon beyni və göz-
ləri yorduğu üçün məsləhət görülmür. Bu
rəngə üstünlük verənlər sərbəstliyi sevən
və dəyişikliklərdən zövq alan insanlardır.
YAŞIL
Yaşıl gözlər üçün ən rahat və görmə
qabiliyyətini artıran rəngdir. Bu rəngə
xəstəxanalarda daha çox rast gəlinir. Sə-
bəbi isə yaşıl rəngin sinir sisteminə sa-
kitləşdirici təsir buraxması və xəstələri
rahatlatmasıdır.
AĞ VƏ QARA
Bu rənglər hər zaman ciddiyyətə diqqət
çəkir. Qara – dizaynlarda ana rəng olaraq
çox istifadə olunmur. Konsentrasiya üçün ən
uyğun rəng olmasına baxmayaraq, iş mühi-
tində geniş istifadə olunması məsləhət de-
yil. Geyimlərdə bu rəngə daha çox üstünlük
verilir. Ağ rəng saflığı, təmizliyi ifadə edir.
Buna görə tibb işçiləri steril olmaq üçün hər
zaman ağ geyimdə olurlar. Ağ rəng işığı əks
etdirir və mühiti sərin saxlayır. Ümumi ola-
raq isə mühitə sərinlik və canlılıq hissi verir.
Məkanları olduğundan böyük, lakin soyuq
göstərir və ətrafda boşluq duyğusu yaradır.
Ağ fonda olan sahələrə rəngli mebellərlə
canlılıq gətirə bilərsiniz.
BƏNÖVŞƏYİ
Bu rəngdən istifadə etməklə siz otağa
zənginlik, rifah və dərin bir məna qatmış
olarsınız. Bənövşəyi zadəganlıq rəngi
kimi tanınır. Dəbdəbəli həyatın, zənginlik
və zərifliyin işarəsidir. Bəzi insanlar bə-
növşəyi rəngdən, dəbdəbənin göstərişi
olduğundan, dekorasiyada istifadə etmə-
yi sevirlər. Bənövşəyi rəng yaradıcılığın
və sənətin rəngidir.
QƏHVƏYİ
Qəhvəyi torpaq və taxta rəngidir. Bu
rəng təbii, rahat və açıq bir atmosfer yara-
dır. Qəhvəyi rəng insanlarda güc və güvən
hissi yaradır.
məsləhət
54
say 24 |
EcoVision
maraqlı
10 fərq
Orta təbəqə ilə zəngin insanlar arasındakı
1. Orta təbəqə rahatlığı, zənginlər
narahatlığı seçir
DÜNYADAKI ƏN ZƏNGİN 85 ŞƏXSİN SƏRVƏTİNİN DÜNYA ƏHALİSİNİN YARISININ,
YƏNİ YOXSUL İNSANLARIN ÜMUMİ SƏRVƏTİNƏ BƏRABƏR OLDUĞUNU BİLİRDİNİZMİ?
SON MƏLUMATLARA GÖRƏ, ORTA TƏBƏQƏYƏ AİD İNSANLARIN SAYINDA AZALMA
MÜŞAHİDƏ OLUNUR. ƏGƏR SİZ NƏ YOXSUL, NƏ DƏ ZƏNGİN DEYİLSİNİZSƏ, O ZAMAN
QƏRAR VERMƏLİSİNİZ: GƏLƏCƏKDƏ ZƏNGİN, YOXSA YOXSUL OLMAQ İSTƏYİRSİNİZ?
ZƏNGİN OLMAQ İSTƏYİRSİNİZSƏ, ZƏNGİNLƏR KİMİ DÜŞÜNMƏYƏ BAŞLAMALISINIZ.
BELƏLİKLƏ, ORTA TƏBƏQƏ VƏ ZƏNGİN İNSANLAR ARASINDAKI 10 FƏRQƏ DİQQƏT
YETİRƏK:
Təhlükəsiz işdə çalışmaq, o cümlədən
başqası üçün çalışmaq rahatdır. Orta tə-
bəqə rahatlığın xoşbəxtlik gətirdiyini dü-
şünür, zənginlər isə narahat vəziyyətlərdə
qeyri-adi şeylər olacağını bilirlər. Öz işini
qurmaq riskdir və risklər gərginlik, nara-
hatlıq yaradır, ancaq kiçik risklər qazan-
dırır və böyük nəticələrə gətirib çıxarır.
Əgər zəngin olmaq istəyirsinizsə, “rahat-
lıq bölgəsi”ndən çıxın. Zəngin olmaq üçün
bir az da narahat olmağınız gərəkdir.
“İnvestisiya qoyarkən rahat olanlar nadir
hallarda qazanırlar”.
Robert Arnott
56
say 24 |
EcoVision
maraqlı
2. Orta təbəqə qazandığından çox,
zənginlər qazandığından az xərcləyir
3. Orta təbəqə şirkət nərdivanlarını çıxır,
zənginlərin öz nərdivanları var
4. Orta təbəqə hər kəslə dostdur, zənginlər
isə dostlarını məntiqlə seçirlər
Adətən, zənginlər bahalı əşyalara üs-
tünlük vermir, pullarını passivlərə xərc-
ləmirlər. Onlar vəsaitlərini aktivlərə ya-
tırır və qazandıqlarından az xərcləyirlər.
Unutmayın, bir milyon dollar qazanır və
ildə bir milyon dollar xərcləyirsinizsə,
deməli, pulsuzsunuz.
Orta təbəqə başqası üçün çalışmağa me-
yillidir. İşləri, karyeraları var. Zənginlər isə
öz işlərinin sahibi olmağa çalışırlar. Orta
təbəqə kimi şirkət nərdivanlarını çıxmırlar,
çünki öz nərdivanları var. Zənginlər daha
çox gəlir əldə etmək üçün daha çox insanın
onlar üçün çalışmalı olduğunu bilirlər.
Zənginlər bilirlər ki, ətraflarında müvəf-
fəqiyyət qazanmış insanlar olarsa, bu, onlara da
təsir edəcək. Eyni zamanda ətraflarında işdə əli
gətirməyənlərin olmasının da uğursuzluqlarına
səbəb olacağını başa düşürlər. Gəliriniz ən yaxın
üç yoldaşınızın gəlirinin ortalamasıdır. Daha çox
pul qazanmaq istəyirsinizsə, sizdən daha çox
pul qazananlarla yaxınlıq etməlisiniz.
“Dünyanın ən zəngin insanları şəbəkələr axta-
rar və qurarlar; geri qalan hər kəs iş axtarır”.
Robert Kiyosaki
Hər zaman sizdən daha üstün insanlarla
vaxt keçirməyə çalışın.
Zamanla siz də onlara bənzəməyə başlaya-
caqsınız”.
Warren Buffett
5. Orta təbəqə qazanmaq üçün, zənginlər
öyrənmək üçün çalışırlar
Başqası daha çox pul təklif etdikdə
orta təbəqə asanlıqla işini dəyişdirir.
Zənginlər çalışmağın pulla bağlı olma-
dığını bilirlər. Varlanmaq istəyirsinizsə,
bacarıqlarınızı və vərdişlərinizi dəyişdir-
məlisiniz. Misal üçün, satış işində çalışır-
sınızsa, satışla bağlı incəlikləri, bankda
çalışırsınızsa, maliyyə işi ilə əlaqədar
bütün detalları öyrənməlisiniz. Zəngin
olmaq istəyənlər varlanmağa kömək edə-
cək bacarıqlara yiyələnməlidirlər. Unut-
mayın ki, varlıların çoxu yüksək maaşlar
almaqla zəngin olmayıb.
57
say 24 |
EcoVision
maraqlı
6. Orta təbəqənin
nələri, zənginlərinsə
pulu var
7. Orta təbəqə qənaətə, zənginlər
qazanca köklənir
8. Orta təbəqə pul mövzusunda
romantik, zənginlər isə məntiqlidir
9. Orta təbəqə
potensialının kiçik
olduğu, zənginlər
isə böyük hədəflər
haqda düşünürlər
10. Orta təbəqə çox
işləməyə, zənginlər
ling qüvvəsinə inanır
Dəbdəbəli maşınlara və böyük evlərin
sahiblərinə diqqət yetirin. Orta təbəqənin
əksəriyyəti bunlar üçün pul xərcləyir. On-
ların yaşadıqları yerlərdə olsanız, bahalı
avtomobillər və evlər görərsiniz. Zənginlər
isə varlanmaq üçün pullarının istədikləri
şeylərdən daha çox olmasının vacibliyini bi-
lirlər. Nə isə almağa davam etsəniz, pulunuz
tükənər. Dünyadakı bir çox zəngin onillər
boyunca eyni evdə yaşamaqda davam edir
və yeni evə ehtiyac duymur. Nələrdənsə im-
tina edin, diqqətinizi qazandığınız pulu yığ-
mağa və investisiya etməyə yönəldin.
Qənaət əhəmiyyətlidir. İnvestisiya et-
mək isə daha da əhəmiyyətlidir, ancaq
ikisi bir yerdə qazanc gətirir. Qənaət və
investisiya zəruridir. Amma daha çox qa-
zanmaq üçün bədxərclikdın də imtina et-
məlisiniz. Həqiqətən zəngin olmaq istə-
yirsinizsə, qənaət etməyə yox, qazanmaq
bacarığınıza diqqət yetirin.
Steve Siebold “How Rich People Think”
adlı kitabında 30 il ərzində dünyadakı ən
zəngin insanlardan aldığı 1 200-dən çox
müsahibəyə yer verib. O, hesab edir ki,
zənginlərlə orta təbəqə arasında yüzdən
çox fərq var. Qənaətə gəldiyi ən əhəmiy-
yətli fərqlərdən biri də orta təbəqənin
pula romantik gözlə, zənginlərin isə mən-
tiqlə baxmasıdır. Romantik düşüncə ilə
maliyyə qərarları vermək maliyyə duru-
munun pisləşməsinə səbəb olur.
Warren Buffett investisiyanın duyğular-
la yox, məntiqlə edilməsinin lazım olduğu-
nu bildirir. Duyğular insanların baha alıb,
ucuz satmasına, təhlükəli iş müqavilələri-
nin imzalanmasına səbəb olur. Varlanmaq
istəyənlər duyğularını bir kənara qoyaraq
məntiqlə hərəkət etməlidirlər.
Orta təbəqə asan əldə edilə bilən, etibarlı
hədəflər müəyyən edir. Zənginlər isə qarşı-
larına çətin və ya ağlasığmaz hədəflər qoyur
və məqsədlərinə çatacaqlarına inanırlar.
Burada önəmli olan doğru düşünməkdir. Hə-
dəfinizi müəyyənləşdirərkən qarşınıza daha
böyük məqsədlər qoya biləcəyinizi düşünün.
Yüksəlmək üçün çalışmaq lazımdır. Prob-
lem ondadır ki, təkbaşına çalışmaqla zəngin
ola bilməzsiniz. Varlı olmaq və zənginliyi
qoruyub saxlamaq üçün Ling qanunundan
(bu nəzəriyyəyə görə, iqtisadiyyatda böhran
varsa, investisiya qoyulmalı, investor yoxdur-
sa, dövlət özü investor kimi çıxış etməlidir.
Deməli, əgər iqtisadiyyata 1 mlrd. dollar in-
vestisiya qoyulursa, dolayısı ilə müəssisələr,
hissələr, xidmətlər satın alınırsa və ya yeni
sektor yaradılırsa, ayrı-ayrı şəxslərin və ya
müəssisələrin hesablarına köçürülən bu
məbləğin 80 faizi xərclər olaraq yenidən
dövriyyəyə qayıdır. Dövriyyədən ikinci dəfə
toplanan məbləğin 80 faizi təkrar dövriyyəyə
qayıdır və beləliklə, dövriyyəyə buraxılan
1 mlrd. dövriyyədə 8 mlrd. kimi çıxış edir –
red.
) istifadə etmək lazımdır.
Ling qismində xarici resurslardan tut-
muş investisiyaya qədər fərqli şəkillərdən
istifadə edilə bilər. Varlanmaq istəyənlər
zənginlər kimi düşünməli və hərəkət et-
məlidirlər.
“Bir çoxları qazanmadıqları pulu xərcləyir,
istəmədiklərini alır, xoşlamadıqları insan-
lara təsir edirlər”.
Will Rogers
“Ən böyük varlığınız qazanmaq bacarığı-
nızdır. Ən böyük qaynağınız zamanınızdır”.
Brian Tracy
“Yalnız zəka ilə romantik intizamı bir ara-
ya gətirdiyinizdə yaxşı davranarsınız”.
Warren Buffett
“Hədəflərinizi yüksək tutun və oraya çata-
na qədər də durmayın”.
Bo Jackson
58
say 24 |
EcoVision
ITECA
Azərbaycanda payız
sərgi mövsümü
Bazarda yeni fəaliyyət sahələrini fəth etmək vaxtıdır!
2015-ci ilin sonuna kimi beynəlxalq
sərgi və konfransların təşkilatçıları -
“Iteca Caspian” və “Сaspian Event Оrga-
nisers” (“CEO”) şirkətləri 11 beynəlxalq
sərgi keçirəcəklər. Bu mövsümün bütün
sərgiləri öz məzmunlarına görə Azər-
baycan iqtisadiyyatının qeyri-neft sek-
torunu əks etdirəcək. Payız sərgi təqvi-
minə Azərbaycan beynəlxalq “Səhiyyə”
(“BIHE”), “Stomatologiya” (“Stomatology
Azerbaijan”), “Gözəllik və Estetik tibb”
(“Beauty Azerbaijan”), “Təhsil” (“Edu-
cation”), “Karyera” (“Career”), “İnşaat”
(“BakuBuild”), “İstilik, havalandırma və
kondisiyalaşdırma sistemləri” (“AquaT-
herm Baku”), “Mühafizə, Təhlükəsizlik
və Xilasetmə vasitələri” (“CIPS Caspian”),
“Ətraf mühit” (“CTE”) və “Telekommu-
nikasiya və informasiya texnologiyaları”
(“BakuTel”) sərgiləri daxildir. Keçirildik-
ləri illər ərzində sərgilər Xəzər regionun-
da lider mövqeyi qazanmış və ixtisas-
laşdıqları sahələr üzrə mütəxəssislərin
ənənəvi görüş yerinə çevrilmişdir. 15
oktyabr tarixində “Fairmont Baku” ho-
telində təşkil olunacaq “Davamlı inkişaf
və korporativ sosial məsuliyyət üzrə 1-ci
Azərbaycan konfransı” (“Baku CSR Con-
ference 2015”) ölkə üçün yeni mövzuya
toxunacaq. Bu konfrans davamlı inkişaf
və korporativ sosial məsuliyyət üzrə
yerli və xarici metodların mənimsənil-
məsinə imkan yaradan unikal məkan-
dır. Debüt konfransın məqsədi ölkənin
hazırkı vəziyyətinin kompleks şəkildə
qiymətləndirilməsi, eləcə də sözügedən
sahənin inkişaf etdirilməsi üçün dövlət,
özəl və qeyri-hökumət təşkilatları ara-
sında dialoq və əməkdaşlıq əlaqələrinin
genişləndirilməsindən ibarətdir. “Caspi-
an Event Organisers” (“CEO”) şirkətinin
təşəbbüsü və təşkilatçılığı ilə keçirilən
bu konfrans artıq biznes ictimaiyyətinin
böyük marağına səbəb olmuşdur. Debüt
konfransın 300 nəfərdən artıq nümayən-
60
say 24 |
EcoVision
ITECA
dəni və təxminən 30 nəfər spikeri bir
araya toplayacağı gözlənilir. “Baku CSR
Conference” konfransının baş sponso-
ru SOCAR, gümüş sponsoru isə “Access
Bank”dır. “EY” şirkəti konfransın konsal-
tinq-tərəfdaşı qismində çıxış edir.
Payız mövsümündə ilk növbədə “Ite-
ca Caspian” şirkətinin təşkil etdiyi 21-ci
Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE
- 2015”), 10-cu Yubiley Azərbaycan Bey-
nəlxalq “Stomatologiya” (“Stomatology
Azerbaijan - 2015”) və 9-cu Azərbaycan
Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Be-
auty Azerbaijan - 2015”) sərgiləri öz qapı-
larını ziyarətçilərin üzünə açacaq. Bu sər-
gilər 18-20 oktyabr tarixində Bakı Ekspo
Mərkəzində keçiriləcək. “BIHE” sərgisi
artıq 20 ildən çoxdur ki, səhiyyə mütəxəs-
sislərinin ənənəvi görüş yerinə, eləcə də
tibbi məhsul və xidmət bazarında əldə
edilmiş nailiyyətlərin nümayiş olunduğu
məkana çevrilmişdir. Sərgi iştirakçılarının
siyahısında artıq 15 ölkəni təmsil edən
100-dən çox şirkət yer alır. Bu il sərgidə
Çexiya Respublikası öz milli stendi ilə çıxış
edəcək. Sərgidə ilk dəfə olaraq Rusiyanın
əczaçılıq şirkətləri Rusiya Federasiyası
Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə
birgə stendlə çıxış edəcəklər. Beləliklə, bu
il “BIHE” iştirakçılarının təxminən 60%-ni
xarici şirkətlər təşkil edəcək. Sərgidə xari-
ci istehsalçılarla yanaşı, dünyanın aparıcı
istehsalçılarının tərəfdaşı olan tibbi ava-
danlıqların nəhəng yerli distribütorları da
iştirak edəcək. Yerli distribütorlar arasın-
da “ARASH Medical”, “Besan”, “Vitta”, “Lab-
servis” və digər şirkətlər yer alır.
Sərgi tibbi turizm sektorunu fəal şə-
kildə inkişaf etdirir və bu il sözügedən
sektor çərçivəsində xaricdə müalicənin
təşkili ilə məşğul olan 30-dan artıq klini-
ka və şirkətin iştirakı planlaşdırılır. Bun-
ların arasında Gürcüstan, İsrail, Latviya və
Türkiyənin klinika, sanatoriya və müalicə
mərkəzləri var. İlk dəfə olaraq Türkiyənin
tibbi turizmlə məşğul olan şirkətləri sər-
gidə birgə milli stendlə çıxış edəcək. Sər-
gidə həmçinin xarici klinika, sanatoriya və
istirahət evləri ilə yanaşı, insanları müali-
cə üçün xaricə göndərən turizm şirkətləri
də iştirak edəcək. Bu il tibbi turizm sek-
toru Türkiyə Turizm Agentlikləri Assosi-
asiyası (TURSAB) tərəfindən dəstəklənir.
Bu il sərgi öz geniş işgüzar proqramı
ilə fərqlənəcək, belə ki, sentyabr ayının
18-də Bakı Ekspo Mərkəzində “Aktual
kardiologiya problemləri” mövzusuna
həsr olunmuş konfrans keçiriləcək. Kon-
fransın sponsoru Sloveniyanın “KRKA”
əczaçılıq şirkətidir. Sentyabr ayının 19-
da isə Bakı Ekspo Mərkəzində “Mamalıq,
ginekologiya və neonatologiya sahəsində
müasir diaqnostika və müalicə metodları”
mövzusunda 9-cu elmi-praktiki konfrans
təşkil olunacaq. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi və “Ginekologiya və Pe-
rinatologiyanın İnkişafına Dəstək” İctimai
Birliyinin dəstəyi ilə keçirilən bu kon-
fransda mütəxəssislər ən yaxşı təcrübələ-
rini öz həmkarları ilə bölüşə biləcəklər.
Həmçinin builki yeniliklərdən biri də tibbi
turizm sektoru çərçivəsində “B2B” for-
matlı korporativ görüşlərin təşkili olacaq.
“Stomatology Azerbaijan 2015” sərgi-
sində ən son stomatoloji avadanlıqlar və
birdəfəlik istifadə üçün nəzərdə tutulmuş
materiallar, implantologiya və dişlərin
ağardılması üzrə ən yeni texnologiyalar
və ağız boşluğunun gigiyenası üçün va-
sitələr təqdim olunacaq. “Beauty Azerba-
ijan 2015” sərgisində Azərbaycan, Alma-
niya, Kanada, Çin, Rusiya, Türkiyə və digər
ölkələri təmsil edən şirkətlərin iştirakı
planlaşdırılır. Ənənəvi olaraq, sərginin
bütün ziyarətçilərini yeni şirkətlər, yeni
sahələrlə görüş, peşəkarlar və salonlar
üçün maraqlı təkliflər gözləyir. Sözüge-
dən sahə üzrə yeni məhsulları təkcə xarici
şirkətlər deyil, eləcə də Azərbaycan üçün
yeni olan kosmetoloji və ətriyyat məmu-
latlarını təqdim etmək məqsədilə sərgi-
dən platforma kimi istifadə edən yerli
distribütorlar da təqdim edəcək.
Hər 3 sərginin eyni platformada ke-
çirilməsi təsadüfi deyil. Sərgilərin vahid
informasiya və sərgi mühiti kimi unikal
formatı praktiki tibb sahəsi üçün nəzərdə
tutulmuş innovasiyalı məhsulların təşviq
etdirilməsi istiqamətində (keyfiyyət baxı-
61
say 24 |
Dostları ilə paylaş: |