Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgisi – kitabxanada olan kitab və başqa informasiya daşıyıcılarının daha çox effektli, kəsərli formada əyani təqdimetmə növüdür. Ölkəşünaslıq (diyarşünaslıq) kitab sərgiləri öz məzmununa, oxucu sahələrinə görə müxtəlifdir: həmişə fəaliyyət göstərən, universal mövzulu, məşhur və yaddaqalan tarixlərə aid, yeni daxil olan materialların sərgisi Ölkəşünaslıq (diyarşünaslıq) xarakterli sərgilər bir qayda olaraq daimi
Uşaq kitabxanalarında kütləvi tədbirlərin ənənənəvi və yeni formaları Uşaq kitabxanalarında kütləvi tədbirlərin keçirilməsi kitabxana sahəsində irəli atılmış ən məqsədyönlü tədbirlərdəndir. Kütləvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap məhsullarının geniş oxucu kütləsi içərisində təbliğ edilməsində xüsusi rol oynayır. Kütləvi tədbirlərin təsiri ilə kitabxanaya yeni- yeni oxucular cəlb edilir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir. Bu gün informasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür. Çünki kitabxanalar əhalinin bütün təbəqələrinə informasiya xidməti göstərən yeganə sosial institutdur. Bizim gələcəyimiz olan uşaqların kitaba və kitabxanalara marağının artırılmasında respublika və ümumşəhər əhəmiyyətli mədəni -kütləvi tədbirlərin mühüm rolu vardır.