Ədəbiyyat siyahisi


Kitab sərgiləri aşağıdakı mövzular üzrə təşkil oluna bilər



Yüklə 68,25 Kb.
səhifə26/36
tarix25.12.2016
ölçüsü68,25 Kb.
#3076
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
Kitab sərgiləri aşağıdakı mövzular üzrə təşkil oluna bilər:
Gözəl qələm sahibi, istedadlı yazıçı, hərbi jurnalist, məhsuldar tədqiqatçı olan Şəmistan Nəzirlini geniş oxucu kütləsi yaxşı tanıyır. Onun çoxillik yaradıcılıq əməyinin bəhrələri olan "Azərbaycan generalları", "Qəribə talelər", "Vurğun keçib bu yerlərdən", “Güllələnmiş Azərbaycan generalları", Qoridən gələn qatar" və digər kitabları oxucular tərəfindən maraqla mütaliə olunur. Xüsusilə, Ş.Nəzirlinin Vətənə, torpağa məhəbbət, qəhrəmanlıq, şücaət mövzulu yazıları gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük və əvəzedilməz rol oynayıb. Uşaq kitabxanalarında bu kitabların sərgisini təşkil etmək, müzakirəsini keçirmək məqsədəuyğundur. “Gözlə bizi, Qarabağ” stendində Azərbaycan tarixi, xüsusən Qarabağın taleyi ilə maraqlananlar üçün bir neçə adda yeni kitabların nümayişi Nüşabə Məmmədlinin 32 «Zəngulə», Fazil Qaraoğlunun «Ermənilər və həqiqətlər», Nübar Həkimovanın «Ermənilərin tarixi cinayətləri ziyalıların qan yaddaşında» kitabları, kitabxanamızın redaksiya heyətinin hazırladığı «Gözlə bizi, Qarabağ!» və «Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım» adlı broşüraları bu qəbildəndir.

“Dünyanı, təbiəti, insanları qoruyaq” devizi, yəqin, sənə indi ekologiyaya həsr olunmuş kitablar «Uşaqların ekoloji məhkəməsi», «Heyvanların dilindən», «Yaşıl kitab», «Azərbaycan heyvanlar aləmi» kitablar silsiləsi təbiət və ətraf mühitlə maraqlanan oxucularımıza gözəl bələdçilik edər. “Tarix - keçmişdən gələcəyə” stendində nümayiş olunan Rauf Məlikov və Nizami İbrahimovun «Məktəblinin tarix lüğəti», Əkbər Qocayevin «Tarixi şəxsiyyətər», türk yazarı Reha Yılmazın türk dövbtlərinin tarixindən danışan «Tariximizdə iz qoyanlar» adlı kitabları və bir çox başqa nəşrlər tarix sevənlər üçün töhfədir.

Uşaq hüquqlarının müdafiəsi məsələsi daima dövlətimizin diqqət mərkəzindədir və bu problem həmişə ictimaiyyəti maraqlandıran bir məsələ olmuşdur. Dünyanın bir sıra ölkələrində bu məsələ ilə ciddi məşğul olunur. Azərbaycanda da uşaq hüquqlarının müdafiəsi ilə bağlı mühüm addımlar atılmış, bir sıra qərar və qanunlar qəbul edilmişdir. Uşaqları maarifləndirmək, onları öz hüquqları barədə daha ətraflı məlumatlandırmaq kitabxanaların üzərinə düşən mühüm vəzifələrdən biridir. Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ilə əlaqədar kitabxanada Hüquq həftəsi çərçivəsində bir neçə məktəbin IX və X sinif şagirləri arasında “Hüquq biliciləri” adlı maariflənmə işi aparmaq, diskussiya təşkil etmək olar. Tədbirin giriş hissəsində (sözləri Gülnur Aslan, musiqisi Novruz Aslan) Rəşad İlyasovun ifasında “Uşaqları qoruyaq” klipinin proyektor vasitəsilə nümayişi məqsədəuyğundur. Hüquq həftəsi çərçivəsində keçirilən tədbirlərə “Uşaqları qoruyaq”, “Qoy həmişə günəş olsun”, “Baş rolda mənim hüquqlarım” və s. başlıqlar altında təşkil etmək olar.
Müzakirəyə vеrilmiş mövzunun əhəmiyyəti, əsas suallar, müzakirənin ümumi istiqaməti göstərilməlidir. Giriş sözündə müzakirə еdilən prоblеm haqqında ziddiyyətli fikirlər оlduğunu söyləmək, охucuları mövzu və qoyulan suallar ətrafında çıхış еtməyə, öz münasibətlərini bildirməyə cağırmaq lazımdır. Aparıcı sоn sözü ilə disputu yеkunlaşdırır.


Yüklə 68,25 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin