26
QƏZƏL
Qaşların
kamanilə sən ox vurdun qəlbimə,
Sinəmdən keçib batdı yaralı qəlbimə.
Halaldır badə içmək adama yar yanında,
Dolu qədəh əlində, dodağı dodağında.
Məst olmuşduq ikimiz,
həm dilbər,
həm də ki, mən
O,
badə içməyindən, mən nərgiz gözlərindən.
Mən tövbə sındırmışdım, günah alım özümə,
Badə içdik, tövbə də sındı öz-özünə.
Boyun saldım zəncirə, baş verdim qılıncına,
Qara zülflər düşəndə qaşlarının küncünə.
Sənin fərağında mən əl çəkdim varlığımdan,
Ölüm mənə yaxşıdır sənin ayrılığından.
Əhsən o ləl dodağınla əfsunladın Ləlini,
Bir kəlmə söyləməklə qıfılladın dilini.
Dostları ilə paylaş: