72
SAZ
Elə nalə çəkib fəryad etməyin,
Siz Allah, amandı, aman, a tellər.
Kükrəyib, hönkürüb... dindirin məni,
Dağılsın
fikrimdən duman, a tellər.
Elə qüdrətlidir onun
hər simi, –
Min könül padşahı, min qəlb hakimi...
Gah coşub hayqıran
Koroğlu kimi,
Gah
da Kərəm kimi yanan, a tellər.
Kərəm qəm içində qovruldu, yandı,
Dilqəmin qüssəsi ərşə dayandı.
Ustad hər halından min dərd duyandı,-
Sizdə sızıldayır zaman, a tellər.
Möhtəşəm bir dağın gur bulağısan,
Sevən könüllərin hicran dağısan.
Ələsgər qəlbinin od saçağısan,
Alovdu köksündən qopan, a tellər.
Dostları ilə paylaş: