SÖKÜL, DAN YERİ
Arzudan, istəkdən uzaq qalmışam,
Taleyin əlində yazıq qalmışam.
Gecələr içində azıb qalmışam
Sökül yavaş-yavaş, sökül, dan yeri.
Üzüldüm ağrıdan,yandım göynəkdən,
Ürəyim ilantək çıxdı köynəkdən.
Keçdi “gözləmək”dən, keçdi “neynək”dən
Sökül yavaş-yavaş, sökül, dan yeri.
Yol ver qaçım gedim gedim allahlarımdan,
Vallah keçəcəyəm günahlarından.
Çəkil yollarından sabahlarımın,
Sökül yavaş-yavaş, sökül, dan yeri.
125
***
Qəfil günəş kimi doğdu bu sevgi
Kor olduq önündə bu gur işığın...
Kor olmuş səadət yan keçdi bizdən
Məni ahın tutdu, səni qarğışı!
Aşırı məhəbbət səadət deyil –
Xoşbəxtlik dar gəldi bəlkə bu eşqə,
Bəlkə zəhləsini tökdük Allahın
Ayrılıq göndərib etdi heç-heçə...
Dünyada hər şeyi dəyişir sevgi
O zəng, o telefon, o küçə olmur...
Bu qədər inadkar olma ilahi,
Sevgidə heç zaman heç-heçə olmur.
|