SƏNİN AD GÜNÜNÜ KEÇİRƏCƏYƏM
Tənha bir qüssəni çəkib başıma
Yenə şəkilləri töküb qarşıma
Sığınıb ömrümün sevda yaşına
Sənin ad gününü keçirəcəyəm.
Ürəyim dolacaq fevral qarıyla
Dinəcək qırılmış arzu tarıyla.
Boşalmış siqaret qutularıyla
Sənin ad gününü keçirəcəyəm.
Bu gecə döyməsin kimsə qapımı
Qəlbim qırmayacaq öz inadını
Sıxıb dodağıma sənin adını
Sənin ad gününü keçirəcəyəm.
HEYKƏLLƏR AĞLAYIR YAĞIŞ YAĞANDA
Hərəsi tarixdə bir səs, bir səda
Yaşayır ömrünün heykəl çağında.
Hamının ürəyi kövrəlirsə də
Heykəllər ağlayır yağış yağanda.
Deməyin yağışdır yağır buluddan
Göylərin ürəyi dolub ağlayır.
Leylini Məcnuna qovuşdurmayan
Füzuli peşiman olub ağlayır.
122
Qəlbi kövrəlsə də öldürəcəkdir,
Kişidir dayanıb sözünün üstə.
Bəhram qılınc çəkib, gözləri yaşlı
Əjdaha ağlayır dizinin üstə.
Gözləsin nə qədər, dözsün nə qədər
Bezikib səbrindən səbir ağlayır.
Qısılıb tarixin divarlarına
"Səbr eylə" söyləyən Sabir ağlayır.
Daşlar ağlayırsa fəlakət olub
Axı ürəyi var daşın, dağın da.
Hamının ürəyi kövrəlirsə də
Heykəllər ağlayır yağış yağanda.
KİŞİ SÖZÜ
Sözdür də... görünən izi qalmayır
Hərdən şapasan da şillə yerinə..
...Kişinin dediyi söz də kişidi-
Qoyub atmaq olar güllə yerinə...
Sözdür də... başına hər cür ip salıb
Yüz yana, yüz yerə qatlamaq olar..,
İlahi gücü var, kişi sözüylə
Min illik bütləri laxlatmaq olar...
123
Sahibsiz mülkləri ot-alaq basar,
Çoxalar bayquşu viranələrin,
Kəsərli söz deyən kəs olmayanda
Qeyrəti olmayıb zəmanələrin...
Bədbəxtdi qeyrətdən qısır zəmanə,
İsitmir kişisiz alışan ocaq,
İnanma böyüyüb söz deyən olsun
Qısır zəmanədə böyüyən uşaq.
Kişi sözü gərək hər zəmanənin –
Burda min məna var ensən dərinə..
Kişinin dediyi söz də kişidi –
Qoyub atmaq olar güllə yerinə...
***
Ürəyimə dolar kədər,
Ötənlərdən verər xəbər.
Daha nələr, daha nələr...
Axşamlarıq qürub çağı...
Mən bir ömrü verdim bada,
Nə qaldı ki, düşə yada?!
Tək qalıram bu dünyada,
Axşamların qürub çağı...
124
Tale verən oldu bəsim
Çox şeyə söndü həvəsim...
Ürəyimdən gələr səsin
Axşamların qürub çağı...
Saç ağardı-tez ağardı,
Həyat mənə göz ağartdı...
...Ünvansız bir səs çağırar
Axşamların qürub çağı.
Dostları ilə paylaş: |