İŞIQ CƏRRAHI
Əllərimin hakimiyyəti bərqərar olur
Əməliyyat vaxtı.
Qaranlqla işığın radar tutmayan
sərhəddinə uçur əllərim.
Ürəyim kimidi,
Mən yatanda da
Oyaq olur əllərim...
7 yanvar, 1991
ÇATDILAR SƏNƏ
İstədim gizlədim məhəbbətimi –
Məni şeirlərim satdılar sənə.
İstədim on əlli qoruyam, gülüm,
Gözümün içindən mil salıb, salıb,
İşığın dalınca çatdılar sənə,
İşığın ucunda tutdular səni...
İşıq sürətinə ünüm çatmadı,
Taleyin hökmünə əlim çatmadı,
Yat, – dedim – bəxtimə, o da yatmadı,
Allahım oldunuz az qala, gözlər.
Bir şəhərdə zəhər udan,
Bir dənizdə çimən bizik.
112
Gecəmizə, günümüzə həsrət şərik.
Xoş günlərə dözəmmədik, dözəmmədik...
...Qağayılar qanad çalır,
Qanadları yosun iyli.
Mən qanadı qırılmışın
Qanadları dor ağacı –
Küləklər yayır səsimi.
Qanadlarım dar ağacı –
Asılmışam
Bir yaralı durna kimi...
Ah dedim, oydun məni,
Bu hala qoydun məni.
Yelkənsiz gəmi kimi
Dəryada qoydun məni...
1989
YALANDI
Sizin qapınızdan öpən olmayıb,
Olmayıb, olmayıb, olmayıb, dünyam!
Yox! Mənim dərdimdən ölən olmayıb,
Yalandı, yalandı, yalandı, yalan!
113
Yalandı o uzaq rahibə qızın
Bizə dedikləri...
o acı tüstü...
Yalandı nağılı Avazanın da,
Dom kilsəsi, Ani, Qəçrəşin üstü...
Yağış islatmayıb Arbatda bizi,
Qatar aparmayıb uzaqlara, yox!...
Yox, yox saxlamayıb qar izimizi,
Məni doğramayıb, o qəfil ağrı...
O mən olmamışam, and içirəm mən!
Gözündə yaş o şeiri
yazmayıbsan bir axşam.
Yox, yox dəli kimi təkrar, təzədən,
Sən adlı mələyə vurulmamışam.
Günün şüasından tutub dırmaşıb,
Günəşdən sənə pay gətirməmişəm.
Yuxuda görmüşəm o “dəhşət”ləri
Səni tapıb, nə də itirməmişəm.
Ağlım başımdadı, əynim sığallı,
Biz su içməmişik o qara daşdan.
Nə falçılar bizi yorub, nə də ki...
Mən işə gedəcəm səhər o başdan...
1990
114
* * *
Yanmış ocaq yeri var
Ürəyimdə
sən gedəli...
Bir xəncər sancı var
Kürəyimdə sən gedəli...
Qəhqəhələr, işvələr, nazlar
Payız yarpaqları kimi
Küləklərin ağzında
veyil-veyil.
Nə Günəş qızıl tellidi,
Nə dəniz mirvari deyil...
Dünyada
Sən adlı mələk var,
Mən adlı ürək.
İnnən belə
Qızıl-qızıl balıqlar
Dənizlərdə
Üşüyər də, ölər də,..
Bir bayatı çağırın:
– Mey qaldı şüşələrdə...
5 noyabr, 1991
Dostları ilə paylaş: |