Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə61/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   57   58   59   60   61   62   63   64   ...   111
İŞIQ CƏRRAHI 
   
Əllərimin hakimiyyəti bərqərar olur 
Əməliyyat vaxtı. 
Qaranlqla işığın radar tutmayan 
sərhəddinə uçur əllərim. 
Ürəyim kimidi, 
Mən yatanda da 
Oyaq olur əllərim... 
   
7 yanvar, 1991 
   
ÇATDILAR SƏNƏ 
   
İstədim gizlədim məhəbbətimi – 
Məni şeirlərim satdılar sənə. 
İstədim on əlli qoruyam, gülüm, 
Gözümün içindən mil salıb, salıb, 
İşığın dalınca çatdılar sənə, 
İşığın ucunda tutdular səni... 
   
İşıq sürətinə ünüm çatmadı, 
Taleyin hökmünə əlim çatmadı, 
Yat, – dedim – bəxtimə, o da yatmadı, 
Allahım oldunuz az qala, gözlər. 
   
Bir şəhərdə zəhər udan, 
Bir dənizdə çimən bizik. 


112 
 
Gecəmizə, günümüzə həsrət şərik. 
Xoş günlərə dözəmmədik, dözəmmədik... 
   
...Qağayılar qanad çalır, 
Qanadları yosun iyli. 
Mən qanadı qırılmışın 
Qanadları dor ağacı – 
Küləklər yayır səsimi. 
Qanadlarım dar ağacı – 
Asılmışam 
Bir yaralı durna kimi... 
   
Ah dedim, oydun məni
Bu hala qoydun məni. 
Yelkənsiz gəmi kimi 
Dəryada qoydun məni... 
   
1989 
   
YALANDI 
   
Sizin qapınızdan öpən olmayıb, 
Olmayıb, olmayıb, olmayıb, dünyam! 
Yox! Mənim dərdimdən ölən olmayıb, 
Yalandı, yalandı, yalandı, yalan! 
   
 
 


113 
 
Yalandı o uzaq rahibə qızın 
Bizə dedikləri... 
o acı tüstü... 
Yalandı nağılı Avazanın da, 
Dom kilsəsi, Ani, Qəçrəşin üstü... 
   
Yağış islatmayıb Arbatda bizi
Qatar aparmayıb uzaqlara, yox!... 
Yox, yox saxlamayıb qar izimizi
Məni doğramayıb, o qəfil ağrı... 
   
O mən olmamışam, and içirəm mən! 
Gözündə yaş o şeiri 
yazmayıbsan bir axşam. 
Yox, yox dəli kimi təkrar, təzədən, 
Sən adlı mələyə vurulmamışam. 
   
Günün şüasından tutub dırmaşıb, 
Günəşdən sənə pay gətirməmişəm. 
Yuxuda görmüşəm o “dəhşət”ləri 
Səni tapıb, nə də itirməmişəm. 
   
Ağlım başımdadı, əynim sığallı, 
Biz su içməmişik o qara daşdan. 
Nə falçılar bizi yorub, nə də ki... 
Mən işə gedəcəm səhər o başdan... 
   
1990 


114 
 
* * * 
Yanmış ocaq yeri var 
Ürəyimdə 
sən gedəli... 
Bir xəncər sancı var 
Kürəyimdə sən gedəli... 
   
Qəhqəhələr, işvələr, nazlar 
Payız yarpaqları kimi 
Küləklərin ağzında 
veyil-veyil. 
Nə Günəş qızıl tellidi, 
Nə dəniz mirvari deyil... 
Dünyada 
Sən adlı mələk var, 
Mən adlı ürək. 
   
İnnən belə 
Qızıl-qızıl balıqlar 
Dənizlərdə 
Üşüyər də, ölər də,.. 
Bir bayatı çağırın: 
– Mey qaldı şüşələrdə... 
   
5 noyabr, 1991 
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin