119
KƏNDƏ ENƏN ZAMAN...
Kəndə enən zaman azan durnalar –
İşıq
tellərinə dəyib öləndə,
Bir anlıq qəlbindən keçir sən məni –
Bəlkə o durnanın biriyəm mən də...
Duman bürüyəndə bom-boz çölləri,
Solğun çəmənləri döyəndə yağış
Qəhərdən doluxmuş bir cüt göz axtar –
O mənim gözümdür; qəmgin, yaşarmış...
Gecələr uzanıb həddin aşanda,
Payız köynəyini geyəndə dağlar
Anla ki, ömrümə payızlar çökür –
Ağla,
məni ağla, qəlbində ağla...
Qoşulub payıza gedirəm mən də
Yaxşı ki, dünyada hələ sən varsan...
...Payızlar gələndə düşsəm yadına
O kənddə bir daşı sığallayarsan...
***
Taleyim kədərli zümzümələrlə
Mənə bu dünyanı qandırmalıymış.
Bir gün ürəyimdə alışan
sevda
Bir gün ürəyimi yandırmalıymış.
120
Sönüb gözlərimin ümid işığı
Tənha ürəyimdə nə səda, nə səs.
Mənim ürəyimin boşluqlarını
Çaylar min il axsa doldura bilməz.
Mən
deyə bilmərəm, ürəyim desin
Bu sevda
yolunda kiməm, nəçiyəm.
Sənli günlərimi sədəqə versin:
Zaman qapısında kor dilənçiyəm.
***
Yaşamaq çətindir daha mənimçün,
Hər şeyi bazara dönən ölkədə.
Ata yurdlarına ağılar deyən
Son kəndli şairi mənəm bəlkə də.
Daha gərək deyil yaz yağışları,
Qurumuş bulağam, solmuş çəmənəm.
Nakam sevdalardan ağılar deyən
Son sevgi şairi bəlkə də mənəm.
Hər yanda gözyaşı, qüssə, kədər, qəm
Bu uzun yollarda mən də yoruldum.
Bir də ayıldım ki,
bəlkə də mənəm
Ən qəmli şairi mənəm bu yurdun...
Əməlli bir tale yaşamadım ki,
Ömrümü taladım belədən-belə.
Ey ana vətənim, ey Azərbaycan –
Mənə bu dərdləri sən halal eylə...