144
TORPAQ BİZNƏN HESAB ÇƏKİR
Yalanmış, bu sevgi yalan!
Ölmədi gözləri dolan.
Yadların əlində qalan
Torpaq biznən hesab çəkir.
Biri qəmli, beşi gülən...
Hara getdi dərdi bilən?
Vaxtsız saralıb tökülən
Yarpaq biznən hesab çəkir.
Bilmədik ulduz neçədi, –
Ölüb dirilmək necədi.
Göz-gözü görməz gecədi,
Çıraq biznən hesab çəkir.
Eniş, yoxuş, qaya, gədik
Baxır yolumuza dik-dik.
Gəzdirə bildik... bilmədik?! –
Papaq biznən hesab çəkir.
Dostları ilə paylaş: