Əhaliyə MM-in öyrədilməsinin (tədrisinin) təşkili və planlaşdırılması
Əhaliyə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi əsas vəzifələrdən biridir. Bu vəzifə “Mülki müdafiə haqqında qanun”un və Nazirlər Kabinetinin 193 saylı qərarı ilə təsdiqlənən “Azərbayacan Respublikasında fövqəladə hadisələrədən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları”nın tələblərinə uyğun olaraq yerinə yetirilir.
Əhali MM-ə hazırlanarkən aşağıdakı əsas prinsiplər rəhbər tutulur:
Mühafizə işləri ümumən ölkənin 7 yaşdan yuxarı, bütün əhalisinə öyrədilməlidir. Bu zaman 7-17 yaşlı şəxslərə FH-da mühafizə olunmağın üsul və qaydaları, 17 yaşdan yuxarı şəxslərə isə, bundan əlavə, qəzaların və fəlakətli hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir;
MM-in əhaliyə öyrədilməsi icbari xarakter daşıyır və hər bir adamın vətəndaşlıq borcu sayılır. Tabeliyindən, mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq bütün dövlət və qeyri-dövlət orqanlarının, müəssisə və təşkilatların rəhbərləri öz tabeliyindəki şəxslərin FH-da mühafizəyə hazırlanmasını təşkil edir və bu iş üçün məsuliyyət daşıyırlar;
Mühafizə məsələləri konkret yerli şəraiti, təsərrüfatların xüsusiyyətlərini və d. amilləri nəzərə almaqla əhalinin müxtəlif qruplarına fərqli surətdə öyrədilir. MM-in tədrisi üçün ölkənin əhalisi şərti olaraq 5 qrupa ayrılır: Rəhbər heyət; hərbiləşməmiş MM dəstələrinin komandir –rəis və sıravi heyətləri; MM dəstələrinə cəlb olunmayan qulluqçu, fəhlə və kənd təsərrüfatı işçiləri; istehsalat və xidmət sahəsində məşğul olmayan əhali; məktəbli gənclər;

Mühafizə bilikləri, qaydaları və üsullarının öyrədilməsi fasiləsiz və ardıcıl xarakter daşıyır. Bu sahəyə aid tədris tədbirləri istisnasız olaraq bütün obyektlərdə - sənaye və kənd təsərrüfatı müəssisələrində, idarə və təşkilatlarda, tədris və müalicə ocaqlarında, xidmət sahələrində və s. hər il planlaşdırılır və həyata keçirilir. Tədris ili yanvar ayından başlayır və 10 ay davam edir.