Şüurluluq və fəallılıq prinsipi təlim olunanlardan öyrənilən materiallara şüurlu yanaşmalarını, onların dərslərdə fəal iştiraklarını, biliklərə və vərdişlərə möhkəm yiyələnmələrini tələb edir. Tədris prosesində əyani vasitələr və b. materiallar da (plakatlar, şəkillər, filmlər) göstərilməlidir.

Təlimin müntəzəmliliyi və ardıcıllığı təlim olunanlara, təlimin ardıcıl, qəti məntiqlə sadədən mürəkkəbə keçilməklə izah edilməsini, təlimə müntəzəm rəhbərlik edilməsini, müəyyən sistem üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsini tələb edir. Tədris proqramını tərtib edərkən və tədris prosesini qurarkən təlim olunanların şəxsi heyətinin hazırlıq dərəcəsini nəzərə almaq lazımdır.
Bilik, bacarıq və vərdiş təlimin gedişində əldə edilir. Rəhbərin aydın və inandırıcı izahı, təlim olunanları maraqlandırma qabiliyyəti və onların məşğələləri düzgün təşkil etməsi, şüurluluq və dərslərə fəal münasibəti, biliyin möhkəm öyrənilməsinə səbəb olur.