Əhalinin radiasiya təhlükəsizliyi haqqında


II f əsil. Radiasiya təhlükəsizliyinin təmin olunması



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix01.10.2023
ölçüsü398,74 Kb.
#151392
1   2   3   4   5   6   7   8   9   ...   13
423 iq

II f
əsil. Radiasiya təhlükəsizliyinin təmin olunması 
sah
əsində dövlət və yerli özünüidarə orqanlarının 
s
əlahiyyətləri 
Madd
ə 5. Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət 
orqanlarının səlahiyyətləri
Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri 
aşağıdakılardır: 

dövlət siyasətinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsi;

müvafiq qanunvericilik aktlarının, digər normativ hüquqi aktların işlənib 
hazırlanması, qəbul edilməsi və onlara əməl olunmasına nəzarət;

dövlət proqramının hazırlanması və həyata keçirilməsi;

radiasiya təsiri nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyə bilən zərərin 
yüksək riski ilə əlaqədar kompensasiyanın növləri və miqdarının təyin olunma 
qaydalarının müəyyənləşdirilməsi;

radiasiya qəzası baş vermə təhlükəsi yaranarsa, çevik tədbirlərin təşkili və həyata 
keçirilməsi;

radiasiya qəzası nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyən zərərin 
ödənilməsi qaydasının müəyyənləşdirilməsi;

əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən şüalanma 
dozasının uçotu və ona nəzarət sahəsində vahid dövlət idarəetmə sisteminin 
yaradılması və onun fəaliyyətinin təmin olunması;

radiasiya qəzası nəticəsində radioaktiv çirklənmələrə məruz qalmış ərazilərdə iş 
və yaşayışın xüsusi rejiminin müəyyən edilməsi;

müvafiq ərazilərin radiasiya şəraiti haqqında sakinlərə informasiya verilməsi;

radiasiya qəzası nəticəsində şüalanmaya məruz qalmış əhaliyə kömək 
göstərilməsinin təşkili və ona nəzarət;

radiasiya qəzası nəticəsində radioaktiv çirklənməyə məruz qalmış ərazilərdə təbii 
qoruqların — nadir bitki və heyvan növlərinin mühafizəsi üçün tədbirlər 
görülməsi;

strateji nüvə materiallarının, radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa 
mənbələrinin idxal və ixracının, onların tranzit ötürülməsinin, ölkə ərazisində 
daşınmasının tənzimlənməsi və fəaliyyət növlərinə nəzarətin həyata keçirilməsi;

radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının 
beynəlxalq əməkdaşlığının həyata keçirilməsi və beynəlxalq müqavilələr üzrə 
öhdəliklərin yerinə yetirilməsi. 



Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin