Əhalinin radiasiya təhlükəsizliyi haqqında


Madd ə 15. Təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix01.10.2023
ölçüsü398,74 Kb.
#151392
1   ...   5   6   7   8   9   10   11   12   13
423 iq

Madd
ə 15. Təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin 
t
əmin edilməsi
İşçilərin və əhalinin yaşayış və istehsalat binalarında radon, onun parçalanma məhsulları, 
habelə digər təbii radionuklidlərin yaratdığı şüalanma normativlərlə müəyyən olunmuş 
dozadan artıq olmamalıdır.
Əhali və işçilərin təbii radionuklidlərin təsirindən mühafizəsi məqsədilə aşağıdakı 
tədbirlər həyata keçirilməlidir: 

qamma-şüalanmanın və torpaqdan ayrılan radonun səviyyəsini nəzərə almaqla 
binaların və qurğuların tikilməsi üçün zərərsiz (təhlükəsiz) torpaq sahələrinin 
ayrılması;

radonun binaya daxil olmasının qarşısının alınması tədbirləri nəzərə alınmaqla 
bina və qurğuların layihələşdirilməsi və tikilməsi;

yaşayış bina və sənaye (istehsal) qurğularının istismara qəbul edilməsi zamanı 
binaların daxilindəki havada radonun, təbii radionuklidlərdən və digər radioaktiv 
maddələrdən qamma-şüalanmanın dozasının intensivliyinin nəzərə alınması, 
tikinti materiallarında radiasiya təhlükəsizliyi üzrə istehsalat nəzarətinin 
keçirilməsi;



bina və qurğuların istismarı zamanı otaqlarda radonun və təbii radionuklidlərdə 
qamma və digər radioaktiv şüalanmanın səviyyəsinin nəzərə alınması. 
Bina və qurğularda təbii radionuklidlər, qamma-şüalanmanın və radonun miqdarının 
normativlərə uyğun olmadığı halda bu bina və qurğunun istifadə məqsədi dəyişdirilir. 
Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinə cavab verməyən tikinti materialları 
və məmulatlarından istifadə etmək qadağan edilir. 
Madd
ə 16. Qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya 
t
əhlükəsizliyinin təmin edilməsinə tələblər
Ərzaq, qida məhsulları, onlar üçün xammallar, içməli su, onların emalı, istehsalı, 
saxlanması, daşınması, satışı (paylanması) və istifadəsi zamanı onlarla təmasda olan 
material və məmulatlar radiasiya təhlükəsizliyi tələblərinə cavab verməli və bu qanuna 
uyğun olaraq istehsalat nəzarətində olmalıdır. 
Radiasiya təhlükəsizliyi normalarına cavab verməyən sənaye və ərzaq məhsullarının 
ölkəyə gətirilməsinə yol verilmir. 

Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin