Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən
nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı
dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı
üçün risk
haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilə bilər.
Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası
alması nəticəsində sağlamlığına dəyən zərərə görə «Çernobıl qəzasının ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi
haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə
tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər
verilir.
Dostları ilə paylaş: