Əhalinin radiasiya təhlükəsizliyi haqqında


ə 9. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət



Yüklə 398,74 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix01.10.2023
ölçüsü398,74 Kb.
#151392
1   2   3   4   5   6   7   8   9   ...   13
423 iq

ə 9. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət 
normalaşdırılması
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət normalaşdırılması sanitariya-
gigiyena norma, qayda və normativlərinin, radiasiya təhlükəsizliyi qaydalarının, dövlət 
standartlarının, əməyin mühafizəsi, tikinti norma və qaydalarının radiasiya təhlükəsizliyi 
haqqında sərəncamverici, təlimat və başqa sənədlərin qəbul edilməsi ilə həyata keçirilir.
Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində sanitariya norma və qaydaları, 
gigiyena normativləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 
qaydada 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən təsdiq edilir. 
İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azərbaycan Respublikası hüdudlarında 
şüalanmanın aşağıdakı əsas gigiyena normativləri müəyyənləşdirilir: 



əhali üçün orta illik yol verilən doza 0,001 zivertə bərabərdir və ya insanın bütün 
həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş 
il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır;

radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və 
ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə 
bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 
zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən 
doza 0,05 zivertə çata bilər. 
Bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii radiasiya 
fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə 
vətəndaşların (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər 
mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri 
insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol 
verilə bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər. 
Radiasiya qəzası şəraitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və 
qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilə bilər. 
Əhali şüalanmaya məruz qaldıqda bu maddədə müəyyənləşdirilmiş şüalanmanın əsas 
gigiyena normativləri (dozanın yol verilə bilən həddi) ölkənin müxtəlif əraziləri üçün 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən konkret sanitariya-gigiyena və ekoloji 
şəraitin, əhalinin sağlamlıq vəziyyətini, ətraf mühitin başqa amillərinin insana təsir 
səviyyəsini nəzərə almaqla azaldıla bilər. 
Radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələri ilə iş vaxtı radioaktiv 
şüalanmadan mühafizə üzrə texniki təhlükəsizlik haqqında təlimat qanunvericilikdə 
müəyyən olunmuş qaydada 
müvafiq icra hakimiyyəti orqanı
 tərəfindən təsdiq edilir. 
Radiasiya təhlükəsizliyi məsələləri üzrə dövlət standartları, tikinti norma və qaydaları, 
əməyin mühafizəsi qaydaları, sərəncam, təlimat metodiki və digər sənədlər səlahiyyətli 
dövlət orqanları tərəfindən təsdiq edilir.

Yüklə 398,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin