Maddə 22. Fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların sağlamlığının qorunması sahəsində hüquqları
Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılmasıməqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları vardır.
Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüquqları vardır.
Maddə 22-1. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin tibbi təminatı [23]
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərə tibbi xidmət göstərilməsi qaydası və onlara bu sahədə verilən güzəştlər qanunvericiliklə müəyyən edilir.
Dostları ilə paylaş: |