Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏLƏF İmamlarinin



Yüklə 3,07 Mb.
səhifə6/20
tarix07.01.2017
ölçüsü3,07 Mb.
#4726
1   2   3   4   5   6   7   8   9   ...   20

Əli İbn Əl-Mədini


- rahmətullahi aleyhi -
Əbul Həsən Əli İbn Abdullah İbn Cəfər İbn Nəcih əs-Sədi əl-Mədini. Bəni Sad nəslindəndir. Bəsrəlidir, hədis hafizi olub bir çox əsərlər təlif etmişdir. H. 161-ci ildə dünyaya gəlmişdir. Tələbələrindən Buxari, Əbu Davud, İbn Məhdi – rahmətullahi aleyhi - deyirlər ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədislərini ən gözəl şəkildə başa düşən birisi olmuşur». Buxari – rahmətullahi aleyhi - dedi ki: “Mən İbnul Mədinidən başqa kimsənin qarşısında özümü kiçik görmədim”. Əbu Davud – rahmətullahi aleyhi - deyir ki: “İbnul Mədini hədis ixtilafını İmam Əhməddən daha yaxşı bilirdi”. H. 234-cü ildə 73 yaşında Zülqadə ayında Samirə şəhərinin yaxınlığında yerləşən Katiba əl-Qaka adlanan yerdə dünyasını dəyişmişdir168.
Lələkai – rahmətullahi aleyhi - deyir ki: Bizə Muhəmməd İbn Rızqullah xəbər verdi ki: Bizə Əbu Muhəmməd Cəfər İbn Muhəmməd İbn Nusayr xəbər verdi ki: Bizə Əbu Muhəmməd Abdullah İbn Ğannam İbn Hafs İbn Ğıyas ən-Nəhai dedi ki: Bizə Əbu Səid Yəhyə İbn Əhməd dedi ki: Mən Əbu Abdullah Muhəmməd İbn Abdullah İbn Bastamı belə deyərkən dinlədim: Mən Səhl İbn Muhəmmədi, Əli İbn Abdullah İbn Cəfər İbn əl-Mədiniyə – rahmətullahi aleyhi - bunu oxuyarkən dinlədim. Ona dedi ki: Xeyri və şərilə Qədərə iman etmək, Quran Allahın kəlamıdır, yaradılmış deyildir. Onun yaradılmış olmadığını söyləməkdə zəiflik göstərmə. Çünki Əziz və Cəlil olan Allahın kəlamı ondan ayrı bir şey deyildir. O, kəlamın heç bir parças yaradılmış deyildir. Qiyamət günü olan mizana iman edər, Allah Qiyamət günü qulları ilə danışacaq, onları aralarında bir tərcüməçi olmadan hesaba çəkəcək. Buna da iman edilir və təsdiq edilir. Şübhəsiz Qiyamət günündə Rəsulullaha – sallallahu aleyhi və səlləm – aid bir Hovuz vardır. Ümməti o, Hovuza gələcəkdir. Uzunluğu bir aylıq məsafə, üzərində olan qabların sayı səmada olan ulduzların sayı qədərdi. Buna da iman edilir. Ümməti qəbirlərində sorğu-sual olunar. Peyğəmbəri – sallallahu aleyhi və səlləm – barəsində sual verilir. Munkər və Nəkir Allahın dilədiyi şəkildə onun yanına gələr. Buna da iman və təsdiq edilir. Atəşdə yanıb kömürə döndükdən sonra bir qrup kimsələrin Cəhənnəm atəşindən çıxarılaraq Cənnət qapısında bir çaya salınacağına iman edilir. Bu da Allahın dilədiyi kimi olacaqdır. Məsih Dəccəlin gözləri arasında “Kafir” yazılacağına iman etmək. Çünki bu barədə varid olan hədisləridə bunlar qeyd olunmuşdur. Bunun baş verəcəyinə iman edilir. Məryəm oğlu İsanın nazil olaraq Lud qapısı yanında onu öldürəcəyinə də iman edilir.

İman – sünnətdə doğrunu isbat etmək və niyyət üzərə söz və əməldir. İman artar və əskilər. Möminlər arasında imanı ən mükəmməl kişi əxlaqı etibarıyla ən gözəlidir. Namazın tərk etmək küfürdü. Onu tərk edən bir kimsə kafirdir və öldürülməsi halaldır.

Bu ümmətin ən xeyirlisi Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – sonra Əbu Bəkr, sonra Ömər, sonra Osmandır – Allah onlardan razı olsun -. Rəsulullahın – sallallahu aleyhi və səlləm – səhabələri arasında bu barədə bir ixtilaf olmadan bu üçünü önə keçirdikləri kimi bir də onları önə keçirərik. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə söhbət edib gözləriylə onu görən, ona iman edən, bir an belə ona səhabəlik edən bir kimsə bu səhabəliyi sayəsində hər cür xeyirli əməlləri etmiş olsalar da belə bütün tabiinlərdən daha fəzilətlidir.

Pis və ya yaxşı imamlara, möminlərin əmirlərinə və insanların icması və istəyi ilə xəlifəlik məqamına keçənləri dinləyib itaət edilməlidir. Allaha və axirət gününə iman edən hər hansı bir kimsə pis və ya yaxşı imam olmadan bir gecə belə keçirməsi halal deyildir. Onların başında olan imam möminlərin əmiridir. İstər pis, istərsə də yaxşı əmirin arxasında döyüşə getmək Qiyamətə qədər tərk edilməz. Feyləri paylaşdırmaq, Hədləri qoymaq,. Sözləri dinlənilən imamların haqlarıdır. Bu bardə kimsənin onlara dil uzatması və ya onlarla anlaşmazlıq və çəkişməyə qalxması haqqı yoxdur. Zəkatını onlara ödəyən kimsə borcundan qurtulmuş və öhdəliyinə düşəcyi yerinə yetirmiş olar. Bu imam pis və ya yaxşı olsun fərq etməz. Belə bir imamın və onun təyin etdiyi kimsənin arxasında namaz caizdir və qılınmış olur. İki rükət qılınır. Buna rəğmən həmən namazı gedib yenidən qılan bidətçidir. İmanı tərk etmiş və müxalif olmuş bir kimsdir. Belə bir kimsə imamın arxasında Cümə namazını qılanmaz deyənlərin görüşündədirsə o, kimsə Cümənin fəzilətindən heç bir payı yoxdur. Sünnət bunların arxasında namaz qılmağı və bundan ötrü qəlbdə heç bir narahatlıq olmamalıdır. İnsanların ətrafında toplanaraq seçdikləri və ya qələbə yolu ilə xəlifəliyini qəbul etdikləri müsəlman imamlardan hər hansı birinə qarşı çıxan kimsə bu imama qarşı itaətsizlik etmiş, ayrılıq etmiş və bu haqda Rəsulullahdan – sallallahu aleyhi və səlləm – gəlmiş xəbərlərə müxalif olmuşdur. Əgər bu imama qarşı çıxan kimsə ölürsə cahiliyyə ölümüylə ölür. Sultan ilə vuruşmaq və ona qarşı çıxmaq heç bir kimsəyə halal deyildir. Belə bir şeyi edən kimsə birdətçidir. Sünnət üzərə deyildir. Xaricilər və üsyançılar bir kimsənin canına, malına və ya bundan aşağı olan şeylərinə qəsb etmək istəyərlərsə canını və malını qorumaq üçün onlarla döyüşməsi halaldır. Lakin ondan ayrılıb uzaqlaşarlarsa onları təqib etmə haqqı yoxdur. Onlardan qurtulmuşsa izlərindən getməz. Çünki belə bir iş imamlara aid bir haqdır. O, sadəcə özünü və malını qoruyur. Bu qoruma əsnasında da kimsəni öldürməyi niyyət etməməlidir. Əgər döyüş əsnasında kimsəni öldürərsə Allah öldürmüş kimsəni uzaqlaşdırmış olar. Əgər malını və canını qoruyarkən öldürülərsə şəhid olacağını ümüd edərik. Belə birisinə hədd təyin etməsi düzgün deyildir. Əksinə bunu üzərinə imam təyin edilən kimsəyə təslim edər. Onun haqqında hökm verəcək də odur.

Qiblə əhlindən hər hansı bir kimsə haqqında etdiyi bir əmələ görə Cənnətlik və Cəhənnəmlik olduğuna dair şahidlik etmərik. Bizlər saleh əməl edən haqqında ümüd etdiyimiz kimi günahkar və pis bir kimsə üçün də qorxarıq. Bununla bərabər onun üçün Allahın rəhmətindən ümüd edərik. Cəhənnəmi vacib edən bir günah ilə Allahın hüzuruna o, günahdan tövbə etmiş və onun üzərində israr etmədən qovuşan kimsənin Allah da tövbəsini qəbul edər. Çünki o qulların tövbəsini qəbul edər və günahları əff edər. Etdiyi günah ilə Allahın hüzuruna gedən bir kimsə üçün tətbiq olunan cəza o, günahının kəffarəsidir. Tövbə etmədən və günahda israr edərək Rəbbinin hüzuruna gedən kimsənin işi Allaha qamışdır. Dilərsə onu cəzalandırar, dilərsə ona məğfirət edər. Allahın hüzuruna şirk ilə gedən bir kimsəni Allah əzab edər və ona məğfirət etməz.

Rəsulullahın – sallallahu aleyhi və səlləm – səhabələrindən hər hansı bir kimsənin dəyərini əskiltən və ya ona nifrət edən bir kimsə bidətçidir ta ki, onların hamısından rəhmətlə danışana qədər və qəlbində hamısına qarşı kiçik (cüzi) bir pislik hissləri qalmayana qədər.

Nifaq küfrün özüdür. Bu da içində Allahı inkar edib, ondan başqasına ibadət edən, zahirdə imanı göstərən kimsədir. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında olan münafiqlər kimi. Aşağıda zikr etdiyimiz hədislər bu əməllərin ağırlığını göstərmək üçündür: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»169. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»170. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki müsəlman qılıncları bir-birilə toqquşduqları zaman ölən də öldürülən də Cəhənnəmdədir». Səhabələr: «Ya Rəsulullah! Öldürənin Cəhənnəmdə olduğunu başa düşdük. Bəs öldürülən nəyə görə?» deyə soruşdular. Peyğəmbər: «Çünki o da müsəlman qardaşını öldürməyə can atmışdır» deyə buyurdu171. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin boynunu vuran kafirlərin halına bənzəməyin»172. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar»173.

Cənnət və Cəhənnəm Rəsulullahdan – sallallahu aleyhi və səlləm – gələn rəvayətlərdə söylənildiyi kimi yaradılmışdır. Onların yaradılmadığını iddia edən bir kimsə bu rəvayətləri yalan saymışdır. Hətta mən belə bir kimsənin Cənnət və Cəhənnəmə iman etdiyini düşünmürəm. Ayrıca “Şəhidlərin ruhları Cənnətdə dolaşırlar” buyurduğu və bu şəkildə gələn bütün hədislərə biz iman edirik.

Qiblə əhlindən olub Muvahhid və namaz qılan birisi olaraq ölən kimsənin biz də Cənazə namazını qılarıq. Onun üçün məğfirət diləyirik. Kiçik və ya böyük günahına görə namazını qılmağı tərk etmərik. İşi də Allaha qalmışdır. Bir kimsənin Əbu Hureyrəni – radıyallahu anhu - sevdiyini, ona rəhmət oxuduğunu görsən o, kimsənin xeyirni ümüd edə bilər və onun bidətdən uzaq olduğunu bilərsən. Birinin Ömər İbn AbdulƏzizi – rahmətullahi aleyhi - sevdiyini, onun yaxşılıqlarından söz açıb danışdığını görsən bil ki, bunun arxasında Allahın izniylə bir xeyir gəlir. Bir kimsənin Bəsrə əhlindən Əyyub əs-Sahtiyani, İbn Aun, Yunus və ət-Teymiyə etimat etdiyini, onları sevdiyini, onlardan çox-çox danışdığını, onlara uyduğunu görsən o kimsədən xeyir gözləyə bilərsən174.
Əbu Sevr İbrahim İbn Xalid əl-Kəlbi

rahmətullahi aleyhi -


Əbu Sevr İbrahim İbn Xalid əl-Kəlbi əl-Bağdadi. İraqlı alim, fəqih bir kimsədir. İmam Şəfiinin – rahmətullahi aleyhi - İraqlı tələbələrindən və ilk məzhəbini yayanlardandır. Muctəhid, huccət bir imamdır. H. 170-ci ildə anadan olmuşdur. Sufyan İbn Uyeynə, Ubeydə İbn Humeyd, Əbu Muaviyə əd-Darir, Vəki İbn əl-Cərrah, İmam Şəfii və başqalarından rəvayət etmiş, eləcə də Əbu Davud, İbn Macə və başqa bir cox hədis alimləri ondan rəvayət etmişlər. Hədisdə siqadır. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Elimdə çox yüksək bir dərəcəyə çtmışdır. Mən əlli ildən çox onu Sünnətə bağlı birisi olaraq tanıyıram. Mənə görə o, Sufyan əs-Sovri – rahmətullahi aleyhi - kimi saleh bir kimsədir”. Həmcinin İmam Əhməddən – rahmətullahi aleyhi - bir məsələ baəsində soruşulmuş və demişdir: “Bizdən başqasından soruş, fəqihlərdən soruş, Əbu Sevrdən soruş”. H. 240-cı ildə vəfat etmişdir175.
Lələkai – rahmətullahi aleyhi - deyir ki: bizə Muhəmməd İbn Rızqullah xəbər verdi ki: Bizə Əhməd İbn Həmdan xəbər verdi ki: Bizə Əbul Həsən İdris İbn AbdulKərim dedi ki: Xorasan əhlində bir kişi Əbu Sevr İbrahim İbn Xalidə – rahmətullahi aleyhi - yazdığı məktubda: İmanın mahiyyəti nədir? Artarmı əskilərmi? Sözdürmü, yoxsa həm söz, həm də əməldirmi? Yoxsa söz, təsdiq və əməldirmi? Deyə soruşdu. Cavab: İman qəlb ilə təsdiq, dil ilə iqrar, əzalarla əməl etməkdir. Ona Qədəriyyə kimlərdir? Deyə soruşdu. İmam: “Qədəriyyə - Allah qulların fellərini yaratmamışdır. Allah qullara günahları etməyi təqdir etmədiyi kimi onları yaratmamışdır deyən kimsələrdir. Bunlar Qədəriyyədir. Arxalarında namaz qılınmaz, xəstələndikləri zaman ziyarətinə gedilməz, cənazələrində iştirak edilməz. Bu fikirlərinə görə tövbə etmələri istənilir. Tövbə edərlərsə nə gözəl, əksi təqdirdə boyunları vurulur”. Quran məxluqdur deyən kimsələrin araxasında namaz barəsində soruşdum”. İmam: “Belə bir kimsə sözünə görə kafir olur. Arxasında namaz qılınmaz. Çünki Quran Allahın kəlamıdır və elm əhli arasında bu haqda heç bir görüş ayrılığı yoxdur. Allahın kəlamı yaradılmışdır deyən bir kimsə kafir olur və Allahın zatında daha öncə olmayan bir şeyin sonradan olmuşdur deyə iddia etmiş olur”. Tövhid əhlindən bir kimsə Cəhənnəmdə əbədi olaraq qalacaqdırmı?”. İmam: “Bizlər heç bir Muvahhid əbədiyyən Cəhənnəmdə qalmaz deyirik”176.


Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin