ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ



Yüklə 0,78 Mb.
səhifə6/9
tarix25.04.2017
ölçüsü0,78 Mb.
#15732
1   2   3   4   5   6   7   8   9

CƏNNƏTİN ÇİÇƏKLƏRİ

Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətin çiçəklərinin seyyidi (ən üstünü) xınadır»157. Osman ən-Nəhdi – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən birinizə reyhan verildiyi təqdirdə onu rədd etməsin. Çünki o, Cənnətdən çıxmadır»158.


CƏNNƏTİN HEYVANLARI

«Və istədikləri hər cür quş əti ilə onların dövrəsində fırlanacaqlar». (əl-Vaqiə 21). Ənəs – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Kövsər nədir?». Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «O, Allahın mənə verdiyi Cənnətdə bir çaydır ki, süddən ağ və baldan daha dadlıdır. O, çayda boyunları dəvə boyunları kimi quşlar vardır». Ömər: «Şübhəsiz ki, bunlar bəslənmiş quşlardır» dedi. Peyğəmbər: «Onları yeyəcək olanlar onlardan da daha bəslənmişlərdir» deyə buyurdu159. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər başı ip ilə bağlı dəvə ilə Rəsulullah - sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Bu dəvə Allah yolundadır» dedi. Peyğəmbər: «Sənin üçün Cənnətdə yeddi yüz başı iplə bağlı dəvə vardır» deyə buyurdu160. Bureydə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ya Rəsulullah! Cənnətdə at varmı?». Peyğəmbər: «Allah səni Cənnətə daxil edərsə orada səni qırmızı yaqutdan bir ata mindirməyini və o, atın Cənnətdə səninlə istədiyin yerə uçmasını istədiyin təqdirdə bu arzunu yerinə yetirər» deyə buyurdu. Bir başqa adam: «Ya Rəsulullah! Cənnətdə dəvə varmı! Deyə soruşdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm – əvvəlki adama söylədiklərini buna söyləmədi. Lakin: «Əgər Allah səni Cənnətə daxil edərsə orada sənin nəfsinin istədiyi və gözünün xoşladığı hər şey olacaqdır»161.
CƏNNƏTDƏ ƏKİNÇİLİK

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – yanında bir bədəvi olan zaman Cənnət əhlindən birinin əkinçiliklə məşğul olmaq üçün Rəbbindən izn istədiyindən söz etdi. Allah: «Hər istədiyindən faydalanacaq durumunda deyilsənmi?» deyə buyurdu. Adam: «Bəli, lakin əkinçiliklə məşğul olmaq istəyirəm» dedi. Allah ona izn verir. Həmən adam toxumunu atar-atmaz, göz açıb qırpıncaya qədər hər şey tamamlanar. Əkin bitmiş dağlar kimi dəstə-dəstə məhsul toplanıb, bir yerə yığılmışdır…»162.


CƏNNƏTİN OTAQLARI VƏ DƏRƏCƏLƏRİ

«Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu Allahın vədidir. Allah vədə xilaf çıxmaz!». (əz-Zumər 20). Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. (Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir”. (ən-Nisa 95-9). Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”. (əl-Ənfal 4). “Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir! Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir”. (Ali İmran 162-163). Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətliklərdən bəziləri aralarında üstünlük səbəbi ilə yüksək otaqlarda oturanları, üfüqdə məşriqdən məğribə gedən parlaq ulduzları gördükləri kimi görəcəklər»163. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, Cənnət əhli, Cənnətdə olan evini sizin göydə ulduzu gördüyünüz kimi görəcəkdi”164. Əli – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə içi çölündən, çölü də içindən görünən otaqlar vardır. Allah bu otaqları yemək yedirən, oruc tutan və insanlar yatarkən namaz qılanlar üçün hazırlamışdır»165. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir dəstə səhabə: “Ya Rəsulullah! Cənnətdən danış, orada nə cür evlər var” dedilər. O: “Kərpiclərin biri qızıldan, biri gümüşdən, gili isə müşkdür. Çınqıllı mirvari və yaqut, tozu zəfərandır. Ora düşən səadətə çatacaq və ümidsiz olmayacaqdır, əbədidir və ölməyəcək. Orada paltar köhnəlmir, gənclər isə ölmürlər”166. Əbu Səid - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə yüz dərəcə vardır. Bütün aləmlər bunlardan birinin içində toplansa hamısına bəs edər”167. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Quran sahibi Cənnətə daxil olduğu zaman ona: Oxu və yüksəl. O, kimsə oxuyar və hər bir ayədə bir dərəcə yüksəlir. Bildiyi son ayəni oxuyana qədər bu beləcə davam edər”168.
CƏNNƏTDƏ DƏRƏCƏLƏRİN ƏN YÜKSƏYİ

Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Azanı eşitdikdə müəzzinin ardınca onun dediklərini təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan mənim üçün vəsiləni istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və mən ümüd edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəcək olana Qiyamət günü mənim onun üçün şəfaət etməyim vacib olar»169. Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Mənim şəfaətim vacib olar o, adama ki, azanı eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım Muhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd etdiyin tərifə layiq məqama yüksəlt»170. Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Vəsilə, Allah qatında elə bir dərəcədir ki, onun üstündə başqa bir dərəcə yoxdur. Mənim üçün Allahdan vəsiləni istəyin”171. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Vəsilə Cənnətdə elə bir dərəcədir ki, Cənnətdə ondan daha yüksək bir dərəcə yoxdur. Allahdan o dərəcəni mənə yaratdıqlarının gözü önündə verməsini istəyin”172.


CƏNNƏT ÇADIRLARI, DİVANLARI, TAXTLARI

«Onlar (mömin kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər». (Yasin 56). Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik”. (ət-Tur 20).(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər”. (əl-Vaqiə 15-16). “Orada uca taxtlar”. (əl-Ğaşiyə 13). “Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır”. (ər-Rahmən 70-72). “Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!”. (əz-Zumər 20). “Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq içində yaşayacaqlar”. (Səba 37).(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (əs-Səff 12). “Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi”. (ət-Təhrim 11). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə içi incidən hazırlanmış bir çadır vardır ki, (eni) 60 mildir. Hər tərəfində biri digərini görməyən zövcələr vardır. Mömin onları dolaşıb ziyarət edər»173. Əbu Musa əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, mömin üçün Cənnətdə içi boş bir tək incidən bir çadır vardır. Boyu 60 (30) mildir. Möminə aid ailələr vardır ki, mömin onları dolaşıb ziyarət edər. Lakin onlar bir-birilərini görməzlər”174. Əli – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə elə bir otaqlar varki içi çölündən, çölüdə içindən görsənir”. Bunu eşidən bir bədəvi ayağa qalxıb: “Ey Allahın Rəsulu! Bu otaqlar kimin üçündür?”. Peyğəmbər: “Xoş söz söyləyən, yemək yedirən, oruc tutmağa davam edən və insanlar yatarkən namaz qılanlar üçündür” deyə buyurdu175. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hira mağarasında ikən yanına Cəbrail – əleyhissəlam - gəldi və dedi: «Ya Rəsulallah! Bu Xədicədir. Sənə doğru gəlir. Yanında bir qab da vardır. Xədicə sənin yanına çatdıqda ona Allahdan və məndən salam de və ona söylə ki, Cənnətdə onu səsdən, gurultudan və məşəqqətdən uzaq daş-qaşlı bir saray gözləyir»176. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətə girdim. Bir də nə görsəm yaxşı? Qızıldan bir köşk. Bu köşk kimindir? Dedim. Ona: “Qureyşdən bir gəncin” dedilər. Mən: Kim o, gənc?” deyə soruşdum. Peyğəmbər: “Ömər b. Xəttab” deyə buyurdu177. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə qızıldan, gümüşdən, yaqutdan və xrizolit (qızılaçalar yaşılımtıl-sarı rəngli qiymətli) daşdan köşklər vardır”178.
CƏNNƏT HURİLƏRİ VƏ QADINLARI

Huriləri Və Qadınları – sevdiklərini həsrətlə gözləyən, alma kimi al-qırmızı, gül kimi qırmızı yanaq, nar kimi sinələr, inci kimi düzülmüş dişlər, narın bellər, üzləri o, qədər gözəldir ki, görsəndikdə günəş belə qeyb olar. Gülümsədikdə dişləri arasından sanki şimşəklər parıldayar. Sevdiyinə qovuşduğu an sanki günəşlə ayın qovuşmasına bənzər. Sevdiyi ilə etdiyi söhbət bir-birini sevən iki sevgilinin məhəbbəti kimidir. Ayaqları o, qədər gözəldir ki, sümüklərinin iliyi ətinin üzərindən görünür. Nə vücudu, nə sümükləri, nə də geydiyi libası iliyinin görünməsinə mane ola bilməz. Bir Huri dünyaya görünmüş olsa bütün yer və göy arasını xoş ətri bürüyər. Bütün məxluqat Təhlil, Təkbir, Təsbih edərlər. Gözlər qamaşır və Hurilərdən başqasını görməzdi. Günəş digər ulduzların işığını necə üstələyirsə Hurinin gözəlliyi də günəşin işığını üstələyər. Hurinin baş örtüyü dünya və dünyadakı hər şeydən daha xeyirlidir. Hurilər hamilə olmaz, heyz və nifasdan uzaqdırlar. Ağız və burun axıntısından, kiçik və böyük ayaq yolundan və digər pisliklərdən uzaqdırlar. Gənclikləri heç vaxt keçməz, libasları isə köhnəlməz. Gözləri yalnız ərlərinə dikilmiş, ərlərindən başqasında gözləri yoxdur. Onlar inci və mərcan kimidirlər. Çünki Hurinin üzünə baxsa içini sevinc bürüyər, əmr etsə itaət edər, yanında olmadığı zaman ərinin bütün malını mühafizə edər. Onlara daha əvvəl heç bir ins və cins əli dəyməmişdir. Hurul Ayn – Razılıq və tərifə layiq olan bütün gözəl vəsflərə sahib olan, ağ bədənli, qara gözlü gözəl qadın mənasına gəlir179. İbn Abbas, Qatadə – radıyallahu anhum - deyirlər ki: “Hur – bəyaz qadın deməkdir”. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar”. (əl-Bəqərə 25). «Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır». (ər-Rəhman 72). «Özlərinin həmçinin əməli saleh ataları, zövcələri və övladlarının daxil olacaqları Ədn Cənnətləri gözləyir…». (ər-Rəd 23). «Həmçinin onları iri gözlü hurilərlə evləndirəcəyik». (əd-Duxan 54). «Siz də zövcələriniz də sevinc içində Cənnətə daxil olun». (əz-Zuxruf 70). «Sinələri yenicə dolmuş həmyaşıd qızlar». (ən-Nəbə 33). «Şübhəsiz ki, biz Cənnət qadınlarını başqa cür yaradacağıq! Onları bakirə qızlar, ərlərini səvən, həmyaşıdlar edəcəyik». (əl-Vaqiə 35-37). «O, Cənnətdə gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır». (ər-Rəhman 56). «(Onlar üçün orada) iri gözlü, qəşənk hurilər də vardır. O, hurilər sanki sədəf içində gizlənmiş incidirlər». (əl-Vaqiə 22-23). İbn Məsud, İbn Abbas – radıyallahu anhum - deyirlər ki: “Təmizlikdə Məqsəd - Heyz olmazlar, böyük və kiçik ayaq yolu olmaz, tüpürməzlər və bələğəm çıxmaz” deməkdir. İbn Abbas – radıyallahu anhu - deyir ki: “Pisliklərdən və əziyyət verici şeylərdən təmiz”180. Mucahid – rahmətullahi aleyhi - deyir ki: “Kiçik, böyük ayaqyolu olmaz, məni, məzi olmaz, heyz olmaz, tüpürməz və bələğəm çıxmaz. Uşaq doğmazlar”181. “Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin)182 toxunmamış qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar”. (ər-Rahmən 56-58). “Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır”. (əs-Saffət 48). “Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır”. (əs-Sad52). Mucahid – rahmətullahi aleyhi - deyir ki: “Baxışlarını ərlərinə çevirmiş və ərlərindən başqasını arzu etməyənlərdir”183. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət əhlinin qadınlarından bir qadının baldırının bəyazlığı 70 qat Cənnət libaslarının altından görünər və hətta onun iliyi də görünər. Allah: «Çünki o, qadınlar sanki yaqut və mərcandırlar» deyə buyurur184. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətə ilk girəcək zümrə ayın 14-cü gecəsindəki surətində girəcəkdir. Bunlardan sonra girənlər isə səmadakı parlaq ulduz surətində girəcəklər. Hər birinə iki zövcə vardır. Bunların ayağının iliyi ətinin üstəndən görünür və Cənnətdə subay yoxdur”185. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət əhlindən bir qadın dünya üzünə çıxsa bütün dünyanı işıq bürüyər, (gözəl) qoxu ilə doldurar. O, qadının baş örtüsü dünya və içindəkilərdən xeyirlidir»186. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Gözəl gözlü, parlaq vücudlu Hurilər Cənnətdə mahnı söyləyərək deyərlər: “Biz parlaq bədənli gözəl Hurilərik, Dəyərli ərlər üçün yaradılmışıq”187. Əbu Umamə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətə girən hər bir qulun biri baş tərəfində, biri də ayaq ucunda olmaq üzərə iki gözəl gözlü, parlaq bədənli Huri oturur. İnsanların və Cinlərin eşitdiyi ən gözəl səslə mahnı söyləyərlər. Söylədikləri bu mahnı şeytani çalğı və (mahnı) deyildir”188. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadın ərinə dünyada ikən əziyyət verdikdə o, kişi üçün Cənnətdə hazırlanmış Hurisi belə deyər: Ey qadın! Allah səni zəlil etsin. O, sənin yanında müsafirdir. Bəlkə də bu yaxında səndən ayrılaraq bizim yanımıza gələcəkdir (ona əziyyət vermə) deyərlər189. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə möminə bu qədər və bu qədər cinsi münasibət qüvvəsi veriləcəkdir (Başqa rəvayətdə: 72 (73) zövcəsi olacaqdır möminin Cənnətdə190). Bir nəfər: «Ya Rəsulullah! Onun gücü çatacaqmı?» deyə soruşdu. Peyğəmbər: «Ona yüz kişinin gücü veriləcəkdir (Başqa rəvayətdə: Muhəmmədin nəfsi əlində olana and olsun ki, bir gecədə 100 bakirə qadına yaxınlaşacaqdır191)» deyə buyurdu192. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Ey Allahın Rəsulu! Cənnətdə cima (yaxınlıq) varmı?”. Peyğəmbər: “Canım əlində olana and olsun ki, Bəli – istədiyi qədər edəcəkdir. Hər şey bitdiyi zaman qadın təkrar tərtəmiz bir bakirə olacaqdır”193.
HURİLƏR NƏDƏN YARADILMIŞDIR?

Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Hurilər zəfərandan yaradılmışdır”194.


CƏNNƏTDƏ DOĞUM

Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Mömin Cənnətdə uşaq istədiyi zaman, hamilə qalmaq, doğulması bir vaxtda möminin arzu etdiyi kimi olur”195. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki: “Ey Allahın Rəsulu! Cənnət əhlinin uşaqları olacaqmı? Çünki uşaq sevinci tamamlar” dedim. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “Canım əlində olana and olsun ki, Bəli – uşağın olması bunu arzu etdiyiniz zaman qədər bir şeydir. Bətnə düşər, əmər və gənc olur (Bütün bunlar bir anda baş verər)”196. Lakin bir qrup alimlər qeyd edirlər ki: Cənnətdə doğum olmayacaq, həmçinin orada uşaq da yoxdur ki, böyüsün və qocalsın. Çünki Cənnət əhli heyz, nifas, məni, böyük-kiçik ayaq yolundan təmizdirlər. Bunlarda uşağın olması üçün şərtdir (heyz və məni)197. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnət əhlinin uşaqları olmaz»198. Doğrusunu Allah Bilir!


CƏNNƏTDƏ ŞƏHİDLƏRİN MƏQAMI

«Allah yolunda öldürənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz rəbbinin yanında diri olub ruzi yeyərlər». (Ali İmran 169)»199. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Uhudda şəhid olan qardaşlarınız vara! Allah onların ruhlarını Cənnətdəki yaşıl quşların içinə qoydu. Onlar Cənnətin çaylarına gedən, Cənnət meyvələrindən yeyən və ərşin gölgəsində istirahət edən quşlardır. Şəhidlər beləcə yeyib, içib dincəldikdə deyərlər: «Qardaşlarımıza kim bu xəbəri çatdıra bilər ki, biz Cənnətdə diriyik və ruzi yeyirik? Bu xəbər onlara getməlidir ki, onlar Cənnətə qarşı istəksiz olmasınlar və cihadda qorxaq olmasınlar». Allah onlara cavabən: «Sizin xəbərinizi Mən çatdıracağam» deyə buyurdu və bu ayəni nazil etdi: «Allah yolunda öldürənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz rəbbinin yanında diri olub ruzi yeyərlər». (Ali İmran 169)»200. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətə girən heç kimsə dünyaya geri dönmək istəməz, yer üzündə olan hər şey orada vardır. Lakin şəhid belə deyildir. O, Cənnətdə ona verilən nemətlərə görə yer üzünə dönüb on dəfə şəhid olmağı təmənna edər»201. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidin Allah dərgahında 7 özəlliyi vardır: İlk damla (tökülən) qanı ilə bağışlanır, Cənnətdə olan yerini görür, qəbr əzabından qorunur, (Qiyamət gününün) qorxusundan əmin olur, İmanın şirinliyini dadar (Hamı lüt olduğu zaman iman libası ilə geyindirilər), 72 Huril Ayn ilə evləndirilir və qohumlarından 70 nəfər haqqında şəfaətçi olur (Başqa rəvayətdə: Başına ucalıq tacı qoyular. Hansıki bir daşı dünya və onun içindəkilərdən xeyirlidir)”202.
CƏNNƏTDƏ QADININ SON ƏRİ İLƏ OLMASI

Əbu Darda – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qadının son əri (onunla birlikdə) Cənnətdədir». Ummu Dərdə: «Cənnətdə Əbu Dərda ilə evlənməyənədək bir də ərə getmərəm» dedi203.


CƏNNƏTƏ İLK GİRƏN ZÜMRƏ

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bizlər (dünyada) ən sonda gələnlərik, Qiyamət günü isə ən öndə olanlarıq. Ümmətimdən yetmiş min nəfərlik ilk zümrə haqq-hesabsız cənnətə girəcəkdir. (Başqa rəvayətdə: Bunlardan hər yetmiş nəfər ilə yetmiş min nəfər də gələcəkdir və Rəbbimin ovucu ilə üç ovuc daha204) Bunlardan hər birinin üzü gecə vaxtı ay kimi parlaq olacaqdır. Bunlardan sonra gələnlərin üzləri isə göydə olan ən parlaq ulduzlar kimi olacaqdır. Sonra isə hər kəs mərtəbəsinə görə gələcəkdir»205. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətə ilk girəcək zümrənin üzü gecə vaxtı ay kimi parlaq olacaqdır. Bunlardan sonra gələnlərin üzləri isə göydə olan ən parlaq ulduzlar kimi olacaqdır. Onlar nə böyük, nə də kiçik ayaq yoluna gedər, nə tüpürər, nə də fınxırarlar. Daraqları (qabları) qızıldandır (gümüşdən), Tərləri misk, buxurdanlıqları aloy ağacı, zövcələri ceyran gözlü hurilər (xasiyyətləri eyni), ataları Adəmin surəti boyda 60 arşındır (Başqa rəvayətdə: Aralarında ixtilaf və bir-birilərinə nifrət yoxdur. Qəlbləri bir tək kişinin qəlbi kimidir. Səhər-axşam Allahı təsbih edərlər206)”207.


CƏNNƏTƏ GİRMƏLƏRİNƏ ZƏMANƏT VERİLƏNLƏR

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!”. (Ali İmran 133-136).(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 100). “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”. (əl-Ənfal 2-4). Rəsulullah - sallallahu aleyhi və səlləm – Xeybər günü buyurdu: “Ey Xattabın oğlu! Get və insanlar içində Cənnətə möminlərdən başqası girməyəcəkdir deyə elan ver!”. Ömər: “Getdim və Cənnətə möminlərdən başqası girməz deyə elan etdim”208. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – Bilal – radıyallahu anhu – ya insanlar içində belə deməyi əmr etdi: “Cənnətə müsəlman bir nəfsdən başqası girməz”209.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin