ADƏM – Əlehissəlam – IN GİRİB ÇIXDIĞI CƏNNƏT ƏBƏDİYYƏT CƏNNƏTİDİR DEYƏNLƏRİN, YER ÜZÜNDƏ BİR CƏNNƏTDİR DEYƏNLƏRƏ CAVABI
1. Onlar qeyd edirlər ki: Allah əbədiyyət Cənnətinə girməyi yalnız Qiyamət günü olacağını xəbər vermişdir. Cənnətə mütləq giriş haqqında bu söz doğrudur. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – İsra gecəsi Cənnətə girmişdir, Möminlərin və Şəhidlərin ruhları Cənnətdə yaşıl quşların boğazında dolaşırlar. Bu girişlər Allahın xəbər verdiyi Qiyamət günündəki girişdən ayrıdır. 2. Cənnət haqqında zikr etdiyiniz Cənnətin vəsfləri bunlar haqdır. Onları nə biz inkar edirik, nə də Əhli İslamdan bir kimsə. Lakin biz deyirik ki, bu kimi şeylər ayələrdən də göründüyü kimi möminlər Cənnətə girdikləri zaman baş verəcəkdir. Doğrusunu Allah Bilir117.
CƏNNƏTDƏ EV
Osman - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allah rızasını tələb edərək bir məscid inşa edərsə (Başqa rəvayətdə: İçində Allahın adı zikr edilsin deyə118) Allah ona Cənnətdə bir ev inşa edər (Allah onun üçün Cənnətdə bir mislini inşa edər)119. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah, bir qulun övladının canını aldığı zaman ölüm mələyinə deyər: “Ey ölüm mələyi! Qulumun övladının canını aldınmı? Gözünün nurunu, qəlbinin meyvəsini (istiliyini) aldınmı?”. Mələk: “Bəli”. Allah: “O, nə etdi?”. Mələk: “Sənə həmd etdi və İstincə etdi - İnnə Lilləhi Və İnnə İleyhi Raciun -” dedi. Allah: “Ona Cənnətdə bir ev bina edin və adını Həmd evi qoyun” deyə buyurdu120. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim gecə və gündüz fərzlər xaric 12 rükət (sünnət) qılarsa Allah ona Cənnətdə bir ev bina edər”121.
CƏNNƏT NEMƏTLƏRİ
«Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən birinizin Cənnətdəki bir parça yeri üzərinə Günəşin doğduğu və batdığı şeylərin hamısından xeyirlidir (Başqa rəvayətdə: Cənnətdəki bir qamçı miqdarında yer dünya və dünya nemətlərindən xeyirlidir)»122. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əziz və Cəlil olan Allah: Mən yaxşı qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçirmədiyi şeylər hazırladım” buyurdu. Allah Kitabında bunu təsdiqləyən dəlil bu ayədir: “Etdiklərinin əvəzi olaraq onlar üçün nə kimi şeylər saxlandığını heç kimsə bilməz”123. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Allah Cənnət əhlinə: Ey Cənnət əhli! Deyə xitab edər. Onlar: “Ey Rəbbimiz! Sənin iki dəfə çağrışını qəbul etdik – buyur. Xeyir sənin iki əlindədir” deyərlər. Allah: “Razı oldunuzmu” deyə buyurar. Onlar: “Ya Rəbbi! Necə razı olmayaq. Sən bizə məxluqatdan heç kimə vermədiyin ehsanı verdin” deyərlər. Allah: “Bundan da daha qiymətlisini verimmi?” deyə buyurar. Onlar: “Ya Rəbbi! Bundan daha qiymətli nə ola bilər?” deyərlər. Allah: “Mən sizə rızamı halal edirəm. Artıq bundan sonra əbədiyyən sizə qəzəb etmərəm” deyə buyurar124.
CƏNNƏT HARADADIR
Mücahid – rahmətullahi aleyhi – deyir ki, İbn Abbas – radıyallahu anhu – ya: “Cənnət haradadır?” deyə soruşdular. O: “Yeddi göyün üstündədir”. Ona: “Cəhənnəm haradadır?”. O: “Təbəqə-təbəqə yeddi dənizin altındadır”125.
CƏNNƏTİN İYİ
Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir zimmini126 öldürən Cənnətin iyini belə almaz. Cənnətin iyi isə 40 illik məsafədən hiss edilir»127. Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah və Rəsulunun zimmətinə sahib olan kafiri (Muahəd) haqsız yerə öldürən kimsə Allahın əhdini pozmuşdur. Bu kimsə Cənnətin iyini belə duymayacaqdır. Halbuki Cənnətin qoxusu qırx illik məsafədən gəlir (Başqa rəvayətdə: 100 illik məsafə128)»129. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Uhud günü müsəlmanlar geri çəkildilər. (Əmim Ənəs b. Nadr – radıyallahu anhu – hansı ki, Bədrdə iştirak etməmişdi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dedi: “Ya Rəsulallah! Mən sənin müşriklərlə olan birinci döyüşündə iştirak etməmişəm. Vallahi! Əgər Rəbbim mənə müşriklərlə döyüşmək imkanını verərsə Allah bilir mən onların başına nə oyun açacağam): Uhud döyüşündə müsəlmanlar məğlubiyyətə uğradıqda o: “Allahım, mən bunların (yoldaşlarını qəsd edir) etdiklərinə görə Səndən üzr istəyirəm. Bunların da (müşrikləri qəsd edir) etdiklərindən uzaq olduğumu bildirirəm”. Daha sonra irəli atıldı. Sad b. Muaz – radıyallahu anhu – qarşısına çıxdı. Ənəs: “Ey Sad! Nadrın Rəbbinə and olsun ki, bu da Cənnət. Mən onun qoxusunu Uhud tərəfdən hiss edirəm”. Sad: “Ey Allahın Rəsulu! Mən onun etdiklərini edə bilmədim”. Ənəs – radıyallahu anhu – deyir ki: “Bədənində qılınc, nizə zərbələrindən 80 yara var idi. Onun öldürülmüş olduğunu və müşriklər tərəfindən əzalarının kəsildiyini gördük. Onu yalnız bacısı barmaq uclarından tanıdı”. Ənəs: “Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər”. (əl-Əhzab 23) ayəsinin onun və onun kimilər barəsində nazil olduğunu bilirik130.
CƏNNƏTİN AÇARLARI
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətin açarları – Lə İləhə İlləlahdır”131. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, bir bədəvi: “Ya Rəsulullah! Cənnətin açarları nədir?”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Lə İləhə İlləllah”132. Vəhb b. Munəbbih – rahmətullahi aleyhi – dən: «Lə İləhə İlləllah – cənnətin açarı deyilmidir?» deyə soruşan bir kimsəyə o, belə cavab vermişdir: «Bəli, lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox, əgər açarın dişləri olmazsa qapı açılmaz»133. Salman Farisi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Heç kəs Cənnətə daxil olmaz - Bismilləhir Rahmənir Rahim – (yazısı) olan vəsiqəsi olmadıqca. (orada) Bu filan oğlu filana Allahdan yazılı vir kitabdır. O, kimsəni meyvəli (baxçalı) yüksək bir Cənnətə yerləşdirin”134.
CƏNNƏTİN YOLU BİRDİR
Allah, Qurani Kərimdə öz yolundan bəhs edərkən bir, Cəhənnəm yollarından bəhs edərkən çoxluq kəliməsindən istifadə etmişdir. “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”. (əl-Ənam 153). “Doğru yolu (İslamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı”. (ən-Nəhl 9). “(Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)”. (əl-Hicr 41). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in ətrafında oturmuşduq. O, torpaq üzərində bir düz xətt çəkərək buyurdu: «Bu düz yol Allahın haqq yoludur». Sonra bu düz yolun sağ və sol tərəflərindən yollar (xətlər) çəkdi: «Bu isə digər yollardır. Bu yolların hər birinin başında o, yolu izləməyə dəvət edən bir şeytan vardır. Bu yolu gələnlər üçün gözəlləşdirir» deyə buyurdu və bu ayəni oxudu: «Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiz». (əl-Ənam 153)135. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in yanına mələklər gəldilər. Onlar: “O, yatıb” dedi. Digəri isə: “Göz yatıb, lakin qəlb oyanıqdır” dedi. Sonra: “Sizin bu yoldaşınızın halı misal olaraq bir ev bina etmiş, içində ziyafət verən və ziyafət üçün (insanlar dəvət olunsun deyə) elçi yollayan kimsənin halı kimidir. Artıq kim elçiyə cavab verib (dəvəti qəbul edərək) evə girər və ziyafətdən yeyər. Kimi də elçiyə cavab verməyib nə evə girər, nə də ziyafətdən yeyər. Sonra mələklər açıqlayaraq: Göz yatıq, qəlb isə oyanıqdır. Ev Cənnətdir, elçi Muhəmmədir, Muhəmmədə itaət edən Allaha itaət etmiş olur, Muhəmmədə üsyan edən Allaha üsyan etmiş olur. Muhəmməd insanlar arasını ayıran bir ölçüdür”136.
MÖMİNLƏR İLƏ RƏBLƏRİ ARASINDA ALIŞ-VERİŞ CƏNNƏTDİR
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 111).
CƏNNƏTİN İSİMLƏRİ
Cənnət - əsl mənası örtmək və gizlətmək deməkdir. Cəninə - qarında örtülü və gizli olduğu üçün cənin deyilmişdir. Cinlər olan əl-Cann – gözlərdən gizli olduqları üçün bu ad verilmişdir. Qalxan – üzü örtdüyü və qoruduğu üçün Micn, Məcnun – ağlı örtülmüş və bağlanmış kimsədir.
1. Darus Səlam – “Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur)”. (əl-Ənam 127). “Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!”. (Yunus 25). “Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır”. (Məryəm 62). Ora salamat olan bir diyardır. Allahın bir ismi də əs-Səlamdır. “Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: “Salam!” (demək) olacaqdır!”. (İbrahim 23). “Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (Cənnət qapılarından) daxil olub (onlara): “(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər”. (ər-Rəd 23-24). Allah onlara salam verir: “Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır. Rəhmli Rəbbdən (onlara) “salam” deyiləcəkdir”. (Yəsin 57-58).
2. Darul Xuld (Əbədiyyət Yurdu) – “Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar)”. (əl-Hicr 48). “Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir”. (Sad 54).
3. Darul Muqamə (İqamət Yurdu) - “Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!”. (Fatir 34-35).
4. Cənnətul Məva – “(Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır”. (ən-Nəcm 15). Məva – sığınacaq, dolaşıb qayıdılan ev deməkdir. Ata, İbn Abbas - radıyallahu anhu – deyirlər ki: “Məva – Cəbrail və digər mələklərə sığınacaq olan Cənnətdir”. Mücahid, əl-Kəlbi – rahmətullahi aleyhi – deyirlər ki: “Şəhidlərin ruhlarının sığındığı Cənnətdi”. Kəb – rahmətullahi aleyhi – deyir ki: “Şəhidlərin ruhlarının içində yaşadığı yaşıl quşların olduğu Cənnətdir”137. Məva - Cənnətin isimlərindən biridir. “Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!”. (ən-Nəziət 40-41).
5. Cənnətul Adn – Bütün Cənnətlər Ədn Cənnətidir. “Rəhmanın (Allahın) Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir”. (Məryəm 61). “Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır”. (Fatir 33). “Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 72).
6. Darul Hayavan (Həyat Diyarı) – “Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)”. (əl-Ənkəbut 64). Axirət – yəni Cənnət əsl dirilik (yəni) içində ölüm olmayan bir həyatın yurdudur.
7. Cənnətul Firdous (Böyük Baxça) – “Onlardır (bilin) varis olanlar – Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”. (əl-Muminun 10-11). “İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!”. (əl-Kəhf 107). Firdous – Cənnətin ən yüksəyi olduğu üçün söylənilən addır. Digər Cənnətlərə görə ən üstün olan bu Cənnətə bu isim daha layiqdir. Firdousun əsl mənası – Baxça deməkdir. Kab – rahmətullahi aleyhi – deyir ki: “Firdous içində üzümlər olan baxça deməkdir”. Ərəblərin sözləri arasında eşitdimki: “Firdous – daha çox üzümü olan bir-birinə girmiş ağaclar deməkdir”. Bəra - radıyallahu anhu – nun qızı Ummu Rabi, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanına gələrək: “Ya Rəsulullah! Mənə Hərisədən xəbər ver. Bu kimsə Bədr döyüşündə kiminsə atdığı bəlli olmayan bir oxla ölmüşdür. Əgər Cənnətdədirsə (itkisinə) dözərəm, əgər başqa bir haldırsa ağlayaram. Peyğəmbər: Ey Əbu Hərisənin anası! O, yer Cənnət içində bir (baxçadır) və sənin oğlun ən yüksək Firdousdadır”138.
8. Cənnətul Nəim (Nemətlər Diyarı) - “İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir”. (Loğman 8).
9. Maqamul Əmin – “Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə - Bağçalarda və bulaqlar başında olacaqlar!”. (əd-Duhan 51-52). Əmin – hər cür pisliklərdən uzaq olan yer. “Onlar orada (Cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər”. (əd-Duhan 55). Məkanın və yeyəcəklərinin əmin olduğu söylənilmişdir.
QIZIL VƏ GÜMÜŞDƏN İKİ CƏNNƏT
“Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim Cənnətləri) gözləyir!”. (ər-Rahmən 46). Abdullah b. Qeys - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İki Cənnət vardır ki, qabları və içindəki (digər əşyaları) da gümüşdəndir. Digər iki Cənnət daha vardır ki, qabları və içindəki digər əşyaları da qızıldandır. Ədn Cənnətindəki topluluğun Rəblərinə baxmalarının qarşısında Allahın üzündəki o, əzəmət örtüyündən başqa bir şey olmayacaqdır»139.
CƏNNƏTİN ÇAYLARI
«(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə var. Onlar üçün (ağacları) altından çaylar axan Cənnətlər vardır». (əl-Bəqərə 25). «Onları (ağaclar) altından çaylar axan Ədn Cənnətləri gözləyir». (əl-Kəhf 31). «Möminlərə vəd edilən Cənnətin vəsfi belədir. (Ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir…». (ər-Rəd 35). «Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir. Orada dadı dəyişməyən, qoxumayan sudan çaylar, tamı dəyişməyən süddən çaylar, içənlər üçün ləzzət verən şərabdan çaylar və təmiz baldan çaylar vardır…». (Muhəmməd 15). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Sayhan (Amudərya), Ceyhan (Sırdəryə), Fərat və Nil bunların hər biri Cənnətin çaylarıdır»140. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır (Başqa rəvayətdə: Dörd çay ondan qaynayır141)»142. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Kövsər Cənnətdə Rəbbimin mənə vermiş olduğu bir çaydır”143. Mucahid – rahmətullahi aleyhi – deyir ki: “Biz sənə Kövsəri verdik. Kövsər – çox xeyir verdik” deməkdir144. Ənəs – radıyallahu anhu – deyir ki: “Kövsər – Cənnətdə bir çaydır”. Aişə – radıyallahu anhə – deyir ki: “Cənnətdə bir çaydır. Kim barmaqlarını qulağına tıxayarsa belə bu çayın səsini eşidər”145.
CƏNNƏTİN BULAQLARI
“Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun...”. (əl-Bəqərə 266). “Orada (o iki Cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır”. (ər-Rahmən 66). «Allahdan qorxub pis əmələrdən çəkinənlər isə Cənnətdə və bulaqlar başında olacaqlar». (əl-Hicr 45). «O, Cənnətdə iki axar bulaq vardır». (əl-Mursəlat 41). «Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (soyuq və xoş ətirli) şərab içəcəklər. O, (kafur) elə bir bulaqdır ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar». (İnsan 5,6). «Orada onları zəncəfil qatılmış (zəncəfil dadı verən) şərab da içirdiləcəkdir. (Zəncəfil) Cənnətdə bir bulaqdır ki, (suyu boğazdan) çox rahat keçdiyi üçün Səlsəbil adlanır». (İnsan 17,18). “Ona təsnim (suyu) qatılmışdır. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər)”. (Mutaffifin 27-28). Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə su bulağı, bal bulağı, süd bulağı və içki bulağı var. Sonra bunlardan çaylar qaynayır”146.
CƏNNƏTİN AĞACLARI VƏ MEYVƏLƏRİ
«Həqiqətən müttəqilərin nicat yeri (Cənnət), bağçaları və üzüm bağlarıdır». (ən-Nəbə 31,32). «O, iki Cənnətdə növbənöv meyvələr, xurma və nar vardır». (ər-Rəhman 68). «Sağ tərəf sahibləri kimdir onlar? Onlar tikansız sidr ağacları, salxım-salxım sallanmış məuz (banan) ağacları altında, çəkilməyən daimi kölgəliklərdə, axar su kənarında, bol meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində». (əl-Vaqiə 27-33). «(Müttəqilər) İstədikləri meyvələr içində olacaqlar». (əl-Mursəlat 42). «Onlar üçün (ağacları) altından çaylar axan Cənnətlər (bağlar) vardır. O, Cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman: «Bu bizim əvvəlcə (dünyada) yediyimiz ruzidir» – deyəcəklər. Əslində isə bu meyvələr zahirən bənzəyir». (əl-Bəqərə 25). “Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (Cənnət içkiləri) istəyəcəklər”. (Sad 51). “Onlar orada (Cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər”. (əd-Duhan 55). “Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!”. (əz-Zuhruf 73). “(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər)”. (İnsan 14). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Meyvələrdən almaq istədiyi zaman meyvələr əyilir, o da istədiyini ayaqda ikən, oturarkən alır”147. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə bir ağac vardır ki, süvari onun kölgəsində yüz il at çapsa yenə də kölgəsi qurtarmaz (Başqa rəvayətdə: İstəsəniz bu ayəni oxuyun: “Çəkilməyən (daimi) kölgəliklərdə”. (əl-Vaqiə 30148)»149. Tuba – Cənnətdə ağacdır. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Tuba – məni görüb iman gətirən kimsəyə. Tuba -Yenə də Tuba o, kimsəyə ki, məni görməyib lakin iman gətirmişdir»150. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdu: «Tuba nədir?». Peyğəmbər: «O, Cənnətdə uzunluğu yüz il olan bir ağacdır» deyə buyurdu (Gövdəsinin böyüklüyü nə qədərdir? Sənin qəbilənin dəvələrindən güclü bir dəvə onun gövdəsinin ətrafında dolansa arxa ayaqlarının diz hissəsi sürtülənə qədər və o, heyvan qocalana qədər yol getsə yenə də gövdənin ətrafını dolanıb qurtara bilməz151)152. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə elə bir ağac vardır ki, süvari sürətli, təlimli və yaxşı cinsdən olan bir at ilə 100 il çapsada onu bitirməz”153. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Şübhəsiz ki, Cənnətdə bir ağac vardır ki, bir süvari onun kölgəsində 100 il çapar”154. Əbu Hureyrə - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə elə bir ağac yoxdur ki, gövdəsi qızıldan olmasın”155. Əbu Musa – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Allah, Adəm - əleyhissəlam - ı Cənnətdən endirdi və ona hər şeyin sənətini öyrətdi, onu Cənnət meyvələri ilə bəslədi. Sizin meyvələriniz Cənnət meyvələrindəndir. Lakin bunlar xarab olur, onlar isə xarab olmaz”156.
Dostları ilə paylaş: |