ÖLÜM HADİSƏLƏRİNİN ARTMASI
Auf b. Məlik, İbn Ömər - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Ümmətimin ölüm xəstəliyinə tutulmasıdır. Belə ki, qoyun qırxarkən yunlarının yerə düşdüyü kimi insanlar da yerə düşüb öləcəklər»82. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Qiyamətdən öncə Xarc günləri gəlir. O, günlərdə elm yox olur, cəhalət çoxalır” dedi. Əbu Musa: “Xarc - Həbəşi dilində mənası adam öldürməkdir” dedi83. Əbu Hureyrə, Əbu Musa əl-Əşari - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır» Biz: «Xarc nə deməkdir?» deyə soruşduq. O: «Ölüm hadisələrinin çoxalması, adam öldürməkdir)». Səhabə: “Biz bir ildə (döyüşlərdə) 70 mindən çox adam öldürürük. Bundan daha çox öldürücəyik?” dedi. Peyğəmbər: “Bu sizin müşrikləri öldürməyiniz deyildir. Bu sizin bir-birinizi öldürməyinizdir” deyə buyurdu. Səhabə: “Bunu etdiyimiz zaman ağlımız yerində olurmu?” dedi. Peyğəmbər: “O, gün insanların çoxunun ağlı yerində olmaz. Onların yerinə boş başlı insanlar gəlir. Hamısı özlərini (böyük, alim) sayarlar. Lakin onlar heç bir şeydirlər” deyə buyurdu84. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» deyə soruşduq. O: «Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək»85. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zaman qısalacaq, elm yox olacaqdır. Fitnələr meydana gələcəkdir. Karğaşa çoxalacaqdır». Səhabələr: «Karğaşa nədir? Ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Öldürmədir, öldürmə! (Başqa rəvayətdə: «Karğaşa – insan yanında əyləşən yoldaşına güvənməyəcək-dir)»86. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allahın ilk haqq-hesab etdiyi şey qanla əlaqəsi olan şeylərdir»87. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xarc və Mərc vaxtlarında edilən ibadət mənim yanımda hicrət etmək kimidir»88. Sadaqa b. Musənna Rabah b. Həris, Əbu Burdə - radıyallahu anhu – yolu ilə gələn hədisdə deyir ki: “Ziyadın əmirliyi zamanı bazarda olarkən dəhşətdən əlimi digərinin içinə çırpdım. Ənsardan atası səhabə olan biri: “Nə üçün belə təəccübləndin ey Əbu Burdə?” dedi. Mən: “Dini bir, Peyğəmbər bir, döyüşü bir, Həcci bir, döyüşdükləri bir olan qövm bir-birilərini öldürməyi necə halal sayırlar?” dedim. Mənə: “Heç təəccüblənmə. Atam mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu rəvayət etdi: “Mənim ümmətim bağışlanmış bir ümmətdir. Axirətdə hesab və əzab görməzlər. Onların əzabı öldürmə, zəlzələ və fitnədir”89.
QƏBİRDƏKİLƏRƏ QİBTƏ EDİLMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından keçən insanlar – «Kaş ki, onun yerində mən olaydım» deməyincə90. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar üçün elə bir zaman gələcək ki, Dəccəlin çıxmasını istəyəcəklər”. Mən: “Nə üçün Ya Rəsulullah!” dedim. Peyğəmbər: “Çətinlik və sıxıtlırlarla üzləşdikləri üçün” deyə buyurdu91.
BƏLALARIN VƏ FİTNƏLƏRİN ARTMASINDAN İNSANIN ÖLMÜŞ BİRİSİNİN YERİNDƏ OLMASINI TƏMƏNNA ETMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ruhum əlində olan Allaha and olsun! İnsan qəbrin yanından keçərkən (borca görə deyil sadəcə bəlalara görə) özünü toza çırpıb – «Kaş ki, qəbrdə mən olardırm» deməyincə Qiyamət qopmaz92. İbn Məsud - radıyallahu anhu – deyir ki: “Sizin üzərinizə elə bir zaman gələcək əgər sizdən birisi ölümü tapsa onu alar. Şairin dediyi kimi: “Bu həyatın dadı qalmadı, ölümü satan varsa mən alım onu”93.
ANİ ÖLÜMÜN ARTMASI
Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «...Ani ölümün çoxalması Qiyamətin əlamətlərindəndir”94.
ZƏLZƏLƏLƏRİN VƏ XƏSTƏLİKLƏRIN ÇOXALMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət qopmaz»95. Sələmə b. Nufeyl əs-Səkuni - radıyallahu anhu – deyir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında oturmuşduq... Qiyamətdən öncə yoxlucu xəstəliklər olacaq. Sonra isə illərlə zəlzələlər sürər” deyə buyurdu96. Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq artarsa Allah onları taunla və başqa bir xəstəliklə cəzalandırar. Elə bir xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər»97.
KİŞİLƏRİN SAYCA AZALMASI VƏ QADINLARIN ÇOXALMASI
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, sizə bir hədis söyləyəcəyəm. Onu məndən başqa kimsə sizə başa salmaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Elmin azalması, cahilliyin artması, qadınların çoxalması, kişilərin azalması Qiyamətin əlamətlərin-dəndir. Belə ki, bir kişiyə 50 qadın düşər”98. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki: “Qırx qadının bir kişiyə tabe olduğunu və onu saxladığı görülür”99.
İNSANLARIN GÖZ QABAQLARINDA ZİNANIN ARTMASI
Nəvvas b. Səman - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar»100. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun! Bu ümmət məhv olmaz o, vaxta qədər ki, bir kişi qadını yolda uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin» deyəcəklər101.
İÇKİNİN, ZİNANIN ARTMASI VƏ BUNLARIN HALAL QƏBUL EDİLMƏSİ
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır»102. Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq»103. Səhl b. Səd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu104. Ubadə b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ummətimdən bir qism insanlar olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar»105.
MUSİQİ VƏ ÇALĞI ALƏTLƏRİNİN ÇOXALMASI
Səhl b. Səd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu106. Ənəs b. Məlik, İmran b. Huseyn - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən daş yağma və surət dəyişməsi (heyvana çevrilmə) olacaqdır. Səhabələr: «Nə zaman Ey Allahın Rəsulu?» deyə soruşdular. Nə vaxt ki, içki içiləcək, qadın müğənnilər (cariyələr) və musiqi alətləri (Ud) (Bərabit – Uda bənzəyən (simli alət) bir çalğı alətidir. Buna səbəb bunu çalan kimsənin bu aləti köksünün üzərinə qoymasıdır. Köks də Bər deməkdir) zühur edəcəkdir»107.
FAİZİN (SƏLƏMÇİLİYİN) ÇOXALMASI
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamətdən öncə % çoxalır”108. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanların üzərinə elə bir vaxt (zaman) gələcək ki, artıq insanı qazancının halal və ya haram yolla olması maraqlandırmayacaq”109.
ƏMANƏTƏ XƏYANƏTİN ARTMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmənət qaldırılacağı zaman siz Qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana əmanət verilərsə əmanət korlanmış olar» deyə buyurdu110. Əmanət – xəyanətin ziddidir. “Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)”. (əl-Əhzab 72). Alimlər əmanəti bir çox mənalarda açıqlamışlar. 1) Tövhid – çünki o, qulun yanında qoruması lazım olan bir əmanətdir. 2) Əməl – qulun qoruması lazım olan bir əmanətdir. Əmanət dinin əmrlərini yerinə yetirmək və qadağalarından qaçmaqdır111. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə iki hədis rəvayət etdi. Onlardan birini gördüm, ikincisini isə gözləyirəm. Birinci - əmanətdir. İnsanların (saleh kimsələrin) qəlblərinin dərinliyinə enər. Sanki o, insanlar Quran və Sünnəni bilirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə əmanətin qaldırılmasından da danışdı. Bir kimsə yatar və əmanət onun qəlbindən (hafizəsindən) silinib alınar. Əmanətin əsəri, rəngi solğun bir nöqtə halında yanıq yeri kimi qalır. Sonra həmən şəxs bir də yatdığı zaman əmanətin qalan qismi də alınır. Bunun da izi əməksevər bir kimsənin ovcundakı qabarcıq (suluq) kimi yeri qalar. Belə ki, əmanət sənin ayağına saldığın bir közün düşdüyü yeri şişirdib sənin onu qabarcıq (suluq) halında gördüyün kimidir. Halbuki bu qabarcıqda (suluqda həyata təsir) bir şeylər yoxdur. Bu şəkildə insanlar bir-birilərilə alış-veriş etməkdə sabahlayarlar. (Heç kimsə əmanəti kim ödəyər deyə bir kimsə tapmaz). Belə ki: “(Gah) Filan oğulları içində əmin bir kimsə vardır (əmanəti ona verək)” deyərlər. Yenə o, kimsə üçün: “O, nə ağıllı, nə tədbirli, nə də cəsur bir kimsədir” deyərlər. Halbuki o, kimsənin qəlbində xardal dənəsi qədər iman yoxdur. Xuzeyfə: “Mən elə bir zamanda yaşadım ki, o dövürdə biri ilə alış-veriş etdikdə heç narahat olmazdım. (Alış-veriş) edəcəyim kimsə müsəlmandırsa onu İslamı (xəyanət) etməkdən çəkindirərdi. Əgər (alış-veriş) edəcəyim kimsə Xristian və Yəhudidirsə onu yaşadığı yerin vəlisi xəyanətdən çəkindirər. Bu gün isə mən filan və filankəsdən başqa heç kəslə alış-veriş edə bilmirəm”112.
QUL QADININ ÖZ AĞASINI DOĞMASI, KASIBLARIN VARLANIB HÜNDÜR BİNALAR TİKMƏKDƏ BİR-BİRLƏRİ İLƏ YARIŞMALARI
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamətin əlamətləri haqqında soruşan Cəbrailə belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, cılpaq, cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları»113. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qulun xərclədiyi hər bir şeydə əcr vardır. Lakin bina bundan müstəsnadır»114. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İnsanlar binaları qat-qat yüksəltmədikcə Qiyamət qopmaz”115. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Axır zamanda cariyələr hədisdə işarə edilən tərbiyə edilənlər olacaqlar. Çünki cariyələr azad qadınlardan ayrı olaraq güclü adamların himayəsində olacaqlar. Buna görə də hədisdə: “...Ayaq yalın, cılpaq, cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları” ləfzi ilə zikr edilmişdir116.
İNSANLARIN YALNIZ TANIDIQLARI KİMSƏLƏRƏ SALAM VERMƏLƏRİ
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri də insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır»117.
ELİMSİZ KİMSƏLƏRİN FƏTVA VERMƏLƏRİ
Abdullah b. Mubarək, Əbu Umeyyə əl-Cuməhi - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Üç şey Qiyamətin əlamətlərin-dəndir. Elimsiz kimsələrdən fətva almaq...”118. Abdullah b. Mubarək – rahmətullahi aleyhi - elimsiz kimsələrin kim olduğu barədə soruşdu. O: “Öz ağıllarına görə fətva verənlərdir” dedi. Başqa rəvayətdə: “Onlar bidət əhli olanlardır” dedilər. İbn Məsud - radıyallahu anhu – deyir ki, insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən və böyük şəxslərdən elm aldıqları müddətdə yaxşı olurlar. Kiçiklərdən elm almağa başladıqda görüşlər ayrılır və ayrılığa düşərlər” dedi119.
YALAN ŞAHİDLİYİN ÇOXALMASI, HAQQ ŞAHİDLİYİN GİZLƏDİLMƏSİ
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan əvvəl insanlar yalan şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər»120. Əbu Bəkrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? deyib bu sözü üç dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – uzanmış halda durub oturdu və: «Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim121.
QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSMƏYİN, QONŞULUQ MÜNASİBƏTLƏRİNİN PİSLƏŞMƏSİNİN ÇOXALMASI
Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik, həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz»122. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamət qopmadan öncə qohumluq münasibətləri kəsilir”123. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca və Böyük olan Allah məxluqatı yaratdıqdan sonra yaratma işi tamam olduqda Rahim – qohumluq bağı ayağa qalxdı». Allah: «Dur! Söylə nə istiyirsən?» deyə buyurdu. Rahim: «Mənim bu qalxmağım qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın qalxmasıdır». Allah: «Sənə yaxşılıq edənə yaxşılıq etməklə və səndən yaxşılığı kəsəndən yaxşılığımı kəsməyimlə razı deyilsənmi?». Rahim: «Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu höküm sənindir». Sonra Əbu Hureyrə – radıyallahu anhu – dedi ki, istəsəniz bu ayəni oxuya bilərsiniz: «Əgər (Peyğəmbərdən) üz döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi» (Məhəmməd 22)»124. Əbu Şureh – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz! Allaha and olsun ki, iman gətirməz!». Səhabələr: «Kim Ey Allahın Rəsulu!» deyə soruşdular. Peyğəmbər: «Qonşusu şərindən əmin olmayan kimsə»125. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə girməz»126.
YAŞLILARIN GƏNCLƏRƏ BƏNZƏMƏSİ
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanlarda saç və saqqalını göyərçin sinəsi kimi qara rəngə boyayan insanlar olacaqdır. Onlar Cənnətin qoxusunu da belə duymayacaqlar»127. İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisdə “Cənnətin qoxusunu almazlar” sözünün mənası boyama səbəbinə görə deyildir, onlarda olan pis bir əməl və etiqada görədir. Eynilə Xəvariclərin özəlliklərindən saçlarını keçəl qırxmalarıdır. Belə ki, saçı keçəl qırxmaq haram deyildir”128. İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: “Səhabə və tabiindən bir çox kimsə saç və saqqalarını boyamışlar. Həsən, Hüseyn, Sad b. Əbu Vaqqas – Allah onlardan razı olsun - onlardandır. Tabiinlərdən də bir çoxları saçlarını keçəl qırxmışlar”. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – saç və saqqalını qara rəngə boyamağı qadağan etmişdir. Əbu Kuhafə saç-saqqalı ağarmış halda Məkkənin fəthi günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətrilir. Peyğəmbər: «(Saç-saqqalını qəsd edərək) bunu bir şeylə dəyişdirin və (bu işdə) qara rəngdən çəkinin»129.
VAXTIN SÜRƏTLƏ GETMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zaman qısalmadıqca Qiyamət qopmaz”130. Əbu Hureyrə, Ənəs - radıyallahu anhm – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay həftəyə, həftə günə, gün saata, saat da xurma yarpağının yanıb kül olması qədər olacaqdır»131. Zamanın qısalmasıyla bağlı alimlərin dəyişik görüşləri vardır: 1. Bundan qəsd zamandakı bərəkətin az olmasıdır. 2. Bundan qəsd Mehdi və İsa - əleyhissəllam - ın zamanında olacaq həyatın insanlara xoş gəlməsi, əminliyin və ədalətin artmasıdır. Buna görə də uzun olsa da belə xoş günlərin insanlara qısa gəlməsi, qısa da olsa acı günlərin onlara uzun gəlməsidir. 3. Bunda qəsd o, zamanda uzaqda yaşayan insanların sürətli vasitələrlə tez bir zamanda istədikləri yerə getmələridir. 4. Dəccəl çıxdığı vaxt günlərin uzun olduğu kimi, qısa da olacaq132.
İNSANLARIN BİR-BİRİNƏ OLAN İNAMININ İTMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin»133.
ALIŞ-VERİŞ YERLƏRİNİN BİR-BİRİNƏ YAXIN OLMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Fitnələr çıxmadıqca, yalan çoxalmadıqca və alış-veriş mərkəzləri bir-birinə yaxın olmadıqca Qiyamət qopmaz”134.
MƏSCİDLƏRİN VƏ QURANIN BƏZƏDİLMƏSİ
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar bir-birlərinin qarşısında məscidlərlə öyünmədikcə Qiyamət qopmaz»135. Ənəs - radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə öyünəcək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər». İbn Abbas - radıyallahu anhu – deyir ki: “Siz məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz»136. Əbu Dərdə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər siz məscidləri və Quran vərəqlərini bəzəməyə başlasanız onda siz məhv olacaqsınız»137. Ömər - radıyallahu anhu – məscidi inşa edərkən deyir: “Sən sadəcə insanları yağışdan qoru. Nə badə (məscidləri) al-sarı rəngə boyamaqla bəzəyib insanları fitnəyə salma”138. Məscidləri yaşatmaq onları bəzəməklə deyildir. Məscidləri yaşatmaq orada namaz qılmaq və Allahı zikr etməklə olur. Məscidlər insanları yağışdan, istidən və soyuqdan qorumaq üçün tikilib. Şafiilər deyirlər ki: “Kəbə daxil olmaqla məscidləri qızıl və gümüşlə bəzəmək haram, digər bəzəklərlə bəzəmək isə məkruhdur”139.
AXŞAM GÖRSƏNƏN HİLALIN UZUN MÜDDƏT QALMASI
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axşam görsənən Təzə ayın göydə qalma müddətinin uzanması Qiyamətin əlamətlərindəndir”140. Əbu Hureyrə, Ənəs - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təzə ayın göydə qalma müddətinin uzanması Qiyamət əlamətlərindəndir. Hilal ay bir gecə görsənəndə: “İki gecə görsəndi” deyilər.141
YUXULARIN ÇİN ÇIXMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir (Başqa rəvayətdə: Qırx altıda biridir, yetimşdə biridir)»142. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüfürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq ona heç bir zərər verə bilməz. Və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o, gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin»143. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Yuxu üç cürdür: «Saleh bir yuxu Allahdan bir müjdədir, şeytandan olan bir yuxu bu hüzündür və bir də insanın bir şey haqda çox düşünməsindən görülən yuxu»144. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mubəşşiratdan başqa nübuvətdən bir şey qalmadı». Oradakılar: «Mubəşşirat nədir?» deyə soruşdular. Peyğəmbər: «Saleh yuxudur» deyə buyurdu145. Bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyimi gördüm». Peyğəmbər: «Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə» deyə buyurdu146. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Məni röyasında görən məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz»147. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz»148. Sələflər deyirlər ki: “Bu hadisələrin son andan baş verməsinin səbəbi o, vaxtı mömin kimsənin qərib olmasıdır”. Yenə də: “O, vaxtı mömin kimsənin dostu və yardımçısı az olduğundan ona gördüyü yuxunun həqiqət olmasıyla ehtiram edilir”149.
Dostları ilə paylaş: |