HUZEYFƏ B. YƏMƏN - Radiyallahu Anhu – NUN FİTNƏLƏR HAQQINADA XƏBƏR VERMƏSİ
Huzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki, insanlar Allah Rəsulundan xeyir haqqında soruşardılar. Mən isə başıma gəlir qorxusu ilə şərr haqqında soruşurdum. Bir dəfə: «Ey Allahın Rəsulu! Biz cəhalət və küfrün içində idik. Allah bizə xeyir nəsib etdi. Bu xeyirdən sonra şərr olacaqmı?» dedim. Peyğəmbər: «Bəli» deyə cavab verdi. Mən: «Bu şərrdən sonra yenə xeyir varmı?» deyə soruşdum. O: «Bəli, lakin bu xeyirdə Dəhan vardır» dedi. Dəhan nədir? Ya Rəsulullah! – deyə soruşulduqda o: «Elə bir topluluq gələcək ki, mənim sünnəmdən başqa bir sünnəyə əl atacaqlar. Sənin pis gördüyün bəzi işləri onlar yaxşı görəcəklər» dedi. (Başqa rəvayətdə: «Onların qəlbləri insan surətindəki şeytanların qəlbləri kimidir» dedi. Mən: «Ya Rəsulullah! Onlara yetişsəm nə edim?» dedim. O: «Belinə-belinə vursalar da belə əmirin sözünü dinlə və ona itaət et!»). Mən: «Bu xeyirdən sonra şərr olacaqmı?» deyə soruşdum. O: «Bəli, Cəhənnəmin qapılarında duraraq insanları ora dəvət edən insanlar olacaqdır. Kim onlara itaət edərsə onu Cəhənnəmə atarlar» dedi. Mən: «Ya Rəsulullah! Onları bizə vəsf et?» dedim. O: «Onlar bizdəndirlər və bizim dilimizdə danışırlar» dedi. Mən: «Bu söylədiyin şeylər məni taparsa onda nə edim?» deyə soruşdum. O: «Müsəlmanların cəmaatına sarıl və imamlarına uy!» dedi. Mən: «Əgər nə cəmaat, nə də imamları olmasa necə!» dedim. O: «Onda ağacın kökündən sarılaraq ölüm sənə gələnə qədər bu firqələrin hər birindən uzaqlaşıb hamısını tərk et (Başqa rəvayətdə: Bundan sonra Dəccəl çıxacaqdır)»150. Xuzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Zul Cələlə and olsun ki! İmamınızı öldürmədikcə, qılınclarınız bir-birilə toqquşmadıqca, dünyanıza şərlilər varis olmadıqca Qiyamət qopmaz”151. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki böyük İslam ordusu bir-biri ilə savaşmadıqca Qiyamət qopmaz. Bu iki toplumun ikisi də eyni iddiada olduqları (ikisi də İslamiyyət və haqq iddiasında olduqları) halda aralarında böyük savaş olacaqdır. «Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Elm yox olmadıqca, zəlzələlər çoxalmadıqca, fitnələr ortaya çıxmadıqca, adam öldürmə halları çoxalmadıqca, aranızda mal çoxalıb sel kimi axmadıqca qiyamət qopmayacaqdır. Mal o, qədər çoxalacaq ki, mal sahibi malının zəkatını kim qəbul edər deyə səsləyəcəkdir. Belə ki, bəzi kimsələrə zəkat vermək istəyəcəkdir o, da mənim zəkata ehtiyacım yoxdur! deyəcəkdir. Yenə insanlar hündür binalar tikməkdə bir-birləri ilə yarışacaqlar, bir kimsə başqasının məzarının yanından keçərkən: «Kaş ki, onun yerində mən olardım!» deyərək (ölümü istəmədikcə) qiyamət qopmayacaqdır. Günəş batdığı yerdən doğmadıqca yenə də qiyamət qopmayacaqdır. İnsanlar bu halı gördükdə iman gətirəcəklər. Lakin bu iman daha əvvəl iman etməmiş olan və ya imanlarında heç bir xeyir qazanmamış kimsələrin imanlarının onlara heç bir faydası olmayacaqdır. Heç şübhəsiz ki, Qiyamət qopacaqdır. Alan ilə satan arasında alış-veriş tamamlanmadan Qiyamət qopacaqdır. Heç şübhəsiz ki, Qiyamət qopacaqdır. Dəvəsinin südünü sağıb gələn kimsəyə südü içmək imkanı olmadan Qiyamət qopacaqdır. Yenə heç şübhəsiz ki, Qiyamət qopacaqdır. Yemək yeməyə oturan bir kimsənin loxmanı ağzına qoymaq fürsəti qalmadan Qiyamət qopacaqdır»152.
İSLAM TORPAQLARININ GENİŞLƏNMƏSİ
«De – Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir! Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə başa düşsünlər!». (əl-Ənam 65). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah yer üzünü mənə görə cəm etdi və (mənə göstərdi). Onun şərqini də, qərbini də gördüm. Mənim ümmətimin səltənəti mənim üçün ayrılmış torpağın sahəsinə qatılacaqdır. Mənə iki xəzinə qırmızı – Sezarın qızılı, və ağ – Xosrovun daş-qaşı verildi. (Hər ikisi də Ömər - radıyallahu anhu – nun dövründə alınıb və Allah yolunda da paylanılmışdır). Allahımdan ümmətimi kütləvi qıtlıqla həlak etməməsini, canlarına və mallarına qəsd edən özlərindən olmayan bir düşmənin ümmətim üzərində hökmüranlıq etməməsini xahiş etdim. Allah: «Ey Muhəmməd! Mən bir işə hökm verirəmsə, şübhəsiz ki, o geriyə dönməz və Mən sənin ümmətinin bir hissəsi başqa bir hissəsini həlak edənədək və bir hissəsi başqa bir hissəsini əsir alanadək onları ümumi bir qıtlıqla həlak etməməyimi, özlərindən olmayan bir düşmənin onların malları və canları üzərində hökmüranlıq etməməsi istəyini yerinə yetirdim. Lap istəyirsə yer üzünün hər tərəfindən olan insanlar yığışıb onlara qarşı gəlsinlər və yaxud onun hər tərəfindən kim istəyirsə bir yerdə toplaşıb gəlsinlər. (Başqa rəvayətdə: «Rəbbimdən üç şey istədim. Mənə ikisini verdi, amma üçüncüsünü vermədi. Rəbbimdən ümmətimi kütləvi aclıqdan həlak etməməsini dilədim, bu istəyimi verdi. Yenə Ondan ümmətimi suda boğularaq həlak edilməməsini istədim, onu da mənə verdi. Yenə də Ondan ümmətimin bir hissəsini digər bir hissəsinə qırdırmamasını istədim, onu mənə vermədi)»153. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: «İnsanlar Allahın dininə bölük-bölük girdilər və bölük-bölük də dindən çıxacaqlar»154.
ÜMMƏTDƏ ŞİRKİN ZÜHUR ETMƏSİ
Qiyamətin əlamətlərindəndir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ümmətində şirk zühr edəcəkdir. Artıq İslam gəldikdən sonra, peyğəmbərlik verildikdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ümmətini Tövhidə dəvət etdi. Ümməti İslamı qəbul edərək şirkdən çəkindilər. Artıq Məkkənin fəthindən sonra Məkkədə müşrik qalmadı. Ərəbistan yarmadası bütünlüklə İslamı qəbul etdilər. Quran bunu qadağan etdiyi halda. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunun üçün göndərildiyi halda çox keçmədi ki, insanlar yenidən bu çirkin əməli işləyərək Allaha şəriklər qoşmağa başladılar. Sovban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ümmətim üçün haqq yoldan azdıran imamlardan qoxuram. Ümmətimin arasına qılınc davası düşdüsə bu Qiyamət gününədək davam edəcəkdir. Ümmətimin bəzi tayfaları müşriklərə qoşulmadıqca və bəzi tayfaları bütlərə sitayiş etmədikcə Qiyamət qopmayacaqdır»155. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Devs qəbiləsinin qoca qadınları Zul Xalasa (bütü) ətrafında tavaf edə-edə quyruqlarını titrətmədikcə qiyamət qopmayacaqdır. Zul Xulasa Devs qəbiləsinin cahiliyyə dövründə ibadət etdikləri bütdür»156. Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədisində xəbər verdiyi həqiqətdir. Cahillik və elimsizlik yayıldıqda Devs və onun ətrafında olan qəbilələr təkrar cahiliyyə dövrünə qayıdaraq Zul Xalasa ibadət etnməyə başladılar və bu hal Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – nin Hicazda Tövhidə dəvət edərək insanlara dinlərini başa salmağa qədər davam etdi. Ondan sonra AbdulAziz b. Muhamməd b. Suud, Zul Xalası yıxmaq üçün bir qrup adam göndərdi və onlar da bunu etdilər. Lakin Hicazda Suud ailəsinin hökmüranlığı bir ara kəsildikdə təkrar insanlar Zul Xalasa ibadət etməyə başladılar. Kral AbdulAziz b. AbdurRahman idarəçiliyə keçəndən sonra Zul Xalası yıxmaq üçün qrup göndərdi. Allahın izni ilə bu bütü tamamilə yox etdilər157. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə və gündüz Lat və Uzzaya ibadət edilmədikcə yox olub getməz»158.
XƏSİSLİK (SİMİCLİYİN) ARTMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərində biri də Xəsislikyin (simiclik) artmasıdır”159. Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zamanın qısalması, işin azalması, simicliyin artması Qiyamət əlamətlərindəndir”160. Muaviyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İşlər çətinləşmədikcə, insanlar simicləşmə-dikcə Qiyamət qopmaz”161. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Tamahkarlıqdan çəkinin! Çünki o, sizdən əvvəlkiləri məhv etmiş və onları (birbirilərinin) qanlarını axıtmağa, özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir (Başqa rəvayətdə: Qohumluq əlaqələrini kəsməyə vadar etmişdir)»162.
TİCARƏTİN BÖYÜMƏSİ
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sadəcə tanıdıqları kimsələrə salam vermək və ticarətin yayılması Qiyamət əlamətlərindəndir. Belə ki, qadın ərinə ticarətdə yardımçı olacaqdır”163. Amr b. Tağləb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Malın və pulun çoxalması, ticarətin çoxalması Qiyamət əlamətlərindəndir”164. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram»165.
MALA HƏRİSLİYİN ARTMASI
Auf b. Məlik, İbn Ömər - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Üzərinizə bol miqdarda mal (və pul) yağacaqdır (zəngin olacaqsınız). Belə ki, adama on min dinar veriləcəkdir. Lakin yenə də bu azmış kimi qızacaqdır»166.
MƏDİNƏNİN BOŞALMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «...Mədinə pası aparan körükçü kimidir. Mədinə içində olan pisləri eynilə körügün dəmirin pasını çıxardığı kimi çıxarmadıqca Qiyamət qopmaz”167. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək İslama girdi. Səhəri qızdırma (isitmə) ilə gəldi və: “Ya Rəsulullah! Mənim geri dönməyim üçün izin ver” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu təklifi üç dəfə qəbul etmədi və sonra: “Mədinə dəmirçi körügü kimidir, təmizi buraxır, pisi isə çölə atar” deyə buyurdu168. Qadi İyad – rahmətullahi aleyhi - deyir ki: “Bu hadisə artıq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vaxtında baş vermişdir”. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “Dəccəlin zamanında da baş verəcəkdir”169. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «...Mədinə və əhalisi üç dəfə sirkələnəcəkdir. Mədinədə bir nəfər belə münafiq kişi və qadın qalmaz. Hamısı onun (Dəccəlin) yanına gedirlər170)». Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Mədinəni xeyirli halıyla tərk edəcəksiniz və orada vəhşi heyvan və quşlardan başqa heç kimsə olmayacaqdır. Mədinəyə ən son gələn qoyunlarını bağıraraq otlatan Muzeynə qəbiləsindən olan iki çobandır. Bunlarda Mədinəni bomboş buraxıb gedəcəklər və Səniyətul Vəda adlanan yerə çatdıqda üzü üstə düşəcəklər”171. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz Mədinəni gözəl halıyla tərk edib gedəcəksiniz. Belə ki, köpək və ya canavar ora gələcək və məscidin divarına (minbərinə) bövl edəcəkdir. Səhabə: “Ya Rəsulullah! O, gün kim qazanır?” dedi. Peyğəmbər: “Yırtıcı quşlar və heyvanlar” deyə buyurdu172. Cabir - radıyallahu anhu – deyir ki, Ömər - radıyallahu anhu – mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyini xəbər verdi: “Mədinənin kənarında dolaşan birisi deyər: Vaxtıkən burada bir çox müsəlmanlar oturardılar”173.
RUMLULARLA DÖYÜŞ
Auf b. Məlik, İbn Ömər - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Sonra sizinlə Rumlular arasında bir sülh bağlanacaqdır. Sonra onlar bu sülh müqaviləsini pozub hər birinin altında on iki min əskər olan səksən bayrağ altında üzərinizə gəlirlər. Çox şiddətli bir döyüş olacaqdır. Bu döyüşdə müsəlmanlar qalib gələcəklər. Başları qənimətə qarışdıqda kömək istəyən biri gəlib deyəcəkdir: «Dəccal arxanızda arvad-uşaqlarınıza hücum edib». Bunu eşidər-eşitməz əllərindəki qəniməti buraxaraq Dəccalın olduğu tərəfə gedərlər. Peyğəmbər: «Mən onların və atalarının adlarını, atlarının rəngini də bilirəm. Onlar o, gün yer üzünün ən xeyirli süvariləridirlər»174. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rumlular Amak və Dabikə (Hələb şəhərinə yaxın iki yerdir) enmədən Qiyamət qopmayacaqdır. O, gün yer üzünün ən xeyirlilərindən Mədinəli əskərlər onlara qarşı çıxacaqlar. O, zaman iki tərəfində səfləri qarşı-qarşıya gəldikdə Rumlular: «Bizi və bizdən əsir olanları baş-başa buraxın ki, onlarla savaşaq» deyərlər. Müsəlmanlar: «Vallahi! Qardaşlarımızı sizin əlinizə vermərik» deyərlər. Rumlularla savaşırlar. Müsəlmanların üçdə biri döyüşdən qaçar. Allah onların tövbələrini əsla qəbul etməz. Müsəlmanların üçdə biri şəhid olar. Onlar Allah qatında şəhidlərin ən üstünüdürlər. Geri qalan üçdə biri isə müzəffər olub Konstantinopolu fəth edərlər. Onlar qəniməti paylaşdırdıqları və qılınclarını zeytun ağacından asdıqları vaxt şeytan onlara yüksək səslə: «Məsih Dəccəl arxadan ailənizə girmişdir» deyər. Onlar da geri dönərlər. Lakin bu xəbər yalan olacaq. Şama gəldikdə isə Dəccəl çıxar. Müsəlmanlar savaşa hazılaşıb səflərini düzəldərək namaza dururlar və imamları onlara qıldıracaqdır. Allahın düşməni (Dəccəl), Məryəm oğlu İsa – əleyhissəlam – gördükdə duz suda əridiyi kimi əriyər. İsa – əleyhissəlam – onu buraxsa yox oluncaya qədər əriyib gedərdi. Amma Allah İsa – əleyhissəlam – əli ilə onu öldürür. Onun qanını Peyğəmbərin nizəsində onlara göstərir»175. Cabir b. Səmura, Nəfi b. Utbə belə dediyini söyləyir: “Biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idik... Orada Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən dörd kəlimə əzbərlədim və onları daima hifzimdə (əlimdə) saxlayıram. O: “Siz Ərəb yarımadasını fəth etmək üçün döyüş edəvcəksiniz. Allah oranı sizə verir. Sonra İranı fəth etmək üçün döyüşəcəksiniz. Allah oranı sizlərə verir. Sonra Rumlularla döyüşəcəksiniz. Allah oarnı da sizlərə verir. Sonra Dəccəl ilə döyüşəcəksiniz. Allah sizi qalib edəcəkdir. Nafi: “Ya Cabir! Rum diyarı fəth olunana qədər Dəccəlin çıxmayacağını zənn edirəm” dedim176. Əbu Darda - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətdən öncə olan böyük döyüşdə müsəlmanlar Qota bölgəsində Şam şəhərində toplanırlar. O, Suriyənin ən yaxşı şəhəridir”177. İbn Məsud - radıyallahu anhu – dayanmışdı. Bu sözləri söylədiyi zaman oturdu və: “Miras paylaşmadıqca və qənimətlər sevilmədikcə Qiyamət qopmaz. Sonra əlini Şam tərəfə işarə edərək: Üçox böyük bir düşmən müsəlmanlarla döyüşmək üçün ordu və silah toplayarlar, müsəlmanlar da onlarla döyüşmək üçün ordu və silah toplayarlar” dedi. Ravi: “Rumluları qəsd edirsən?” dedim. İbn Məsud: “Bəli” dedi. Bu döyüş zamanı böyük qarşıdurma olacaqdır. Belə ki, müsəlmanlar ölüm-qalım döyüşü edəcəklər, lakin qalib olaraq dönən bir fədailər dəstəsi gecə olana qədər düşmənlə döyüşürlər. Nəticədə düşmən ordusu da, İslam ordusu da geri dönərlər. İki ordudan heç biri qalib deyildir. Halbuki hər iki tərəfində döyüşən fədailəri yox olub getmişdilər. Sonra müsəlmanlar yenə də ölüm-qalım döyüşünə qatılacaqlar, lakin qalib olaraq geri dönə biləcək fədailər dəstəsi çıxarılacaq. Ordular axşam olana qədər döyüşəcəklər. Axşam olduqda isə düşmən ordusu da, İslam ordusu da geri çəkilirlər. Fədailər dəstəsi yox olduğu halda onlardan heç biri qalib deyildir. Sonra müsəlmanlar yenə də ölüm-qalım döyüşünə qatılacaqlar, lakin qalib olaraq geri dönə biləcək fədailər dəstəsi çıxarılacaq. Ordular axşam olana qədər döyüşəcəklər. Axşam olduqda isə düşmən ordusu da, İslam ordusu da geri çəkilirlər. Fədailər dəstəsi yox olduğu halda onlardan heç biri qalib deyildir. Artıq dördüncü gün olduğu zaman müsəlmanların hamısı onların üzərinə hücum edərlər. Bu zaman Allah düşməni məğlubiyyətə uğradır. Elə böyük bir döyüş olur ki, belə bir döyüş olmamışdır və ya olmaz deyilir. Hətta bir quş o, döyüşən ordunun yanından ötdüyü zaman ölü olaraq yerə düşər. Belə ki, bir ata 100 oğlunu bu döyüşə yollasa da sonda onlardan yalnız birinin sağ qaldığını görər. Artıq miras paylanılır, qənimətlər sevilir. Onlar bu halda ikən bir çağırışçı onların yanına gələrək: Dəccəl onların ailələri və torpaqlarını ələ keçirmişdir deyər. Bu vaxt İslam ordusu hər bir şeyi olduğu kimi tərk edərək öz torpaqlarına dönərlər. On suvari dəstə ordunun önündə yola çıxır. Peyğəmbər: “Mən bu suvarilərin adlarını, atalarının adlarını və atlarının rənglərini də bilirəm. Onlar o, zamanda yer üzündə olan süvarilərin ən xeyirliləridirlər”178.
KONSTANTİNOPOLUN FƏTHİ
Auf b. Məlik, İbn Ömər - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Ya Rəsulullah! Konstantinopol (İstanbul)179 ilk öncə fəth ediləcəkdir yoxsa Rumiyyə?» deyə soruşdum. O: «Konstantinopol» deyə buyurdu180. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir tərəfi quruda, bir tərəfi isə dənizdə olan şəhəri bilirsinizmi?». Səhabələr: «Bəli, ya Rəsulullah!». O: «Bəni İshaqdan yetmiş min kişi ora savaşa getmədikcə qiyamət qopmaz. Ora çatdıqda qərərgah qurarlar. Amma silahla savaşmaz və bir ox da belə atmazlar. Yalnız – Lə İləhə İlləllahu Vallahu Əkbər – dediklərində şəhərin bir tərəfi, ikinci dəfə - Lə İləhə İlləllahu Vallahu Əkbər – dedikdə şəhərin digər tərəfi, üçüncü dəfə - Lə İləhə İlləllahu Vallahu Əkbər – dedikdə şəhər qapıları onların üzünə açılar. Onlar qəniməti paylaşdırarkən imdat səsi onlara gələrək: «Dəccəl gəlmişdir!» deyər. Onlar da hər şeyi buraxıb geri dönərlər181. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis axır zamanda Rumluların müsəlman olacaqlarını göstərir. Bəlkə də İstanbul onlardan bir qrup tərəfindən fəth olunacaq. Hədisdə deyildiyi kimi: “Bəni İshaqdan 70 min nəfər”. Müştəvrid, Amr b. As - radıyallahu anhu – nun yanında rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamət Rumlular insanların ən çoxu olduqları zaman qopar”. Amr: “Nə söylədiyinə fikir ver” dedi. O: “Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyimi söyləyirəm” dedi. Amr: “Onlarda dörd xislət vardır: “Onlar fitnələr zamanı insanların ən ağıllı və təmkinlilərdir. Müsibətdən sonra ən sürətli həyata və xeyirə dönənlərdir. Qaçdıqdan sonra təkrar hücuma keçmələri tez olur, yetim və zəiflər üçün insanların ən xeyirliləridirlər. Beşinci də çox gözəl bir sifətdir: Kralların zülmünə ən çox mane olanlardır”182. Rumluların çoxalması və müsəlmanlarla döyüşmələri bölümündə keçən hədis də bunu dəstəkliyir: O, zaman iki tərəfində səfləri qarşı-qarşıya gəldikdə Rumlular: «Bizi və bizdən əsir olanları baş-başa buraxın ki, onlarla savaşaq» deyərlər. Müsəlmanlar: «Vallahi! Qardaşlarımızı sizin əlinizə vermərik» deyərlər183. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İstanbulun fəthi Qiyamətə yaxın olacaqdır»184.
KƏBƏNİN YIXILMASI
Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həbəşili Zul Sevikateyn Kəbəyə gələcək, zinətlərini yığacaq, örtüyünü çıxaracaqdır. Əyri ayaqlı bir kimsə olaraq Kəbənin daşlarını bir-bir sökəcəkdir. Həbəşili olub Allahın beytini yıxacaqdır»185. İbn Ömər, Əbu Hureyrə, İbn Abbas - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kəbəni iki ayağı zəif olan Həbəşili birisi sökər. Örtüyünü çıxarır və daşlarını tək-tək sökər (Başqa rəvayətdə: Tək-tək sökdüyünü görürəm)”186. Əbu Hureyrə, Əbu Qatadə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həcərul Əsvəd ilə İbrahim məqamı arasında bir adama beyət edilir. Kəbənin dəyərini yalnız onun xalqı qaldırır. Əgər bu olarsa artıq ərəblərin yox olmasından qaçılmışdır. Sonra Həbəşilər gəlir. Kəbəni sökərlər və ondan sonra Kəbə bir daha inşa edilməz. Kəbəni sökərək onun içində olan xəzinələri götürərlər (Başqa rəvayətdə: Kəbənin üzərinə çıxar və onu sökər187)”188.
FIRATIN SUYUNUN QURUMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Firat suları quruyub qızıldan bir dağ ortaya çıxarmadıqca qiyamət qopmayacaqdır. O, qızılı ələ keçirmək üçün insanlar bir-birləri ilə savaşacaqlar. Savaşa qatılan hər yüz nəfərdən doxsan doqquzu öldürüləcəkdir. Hər kəs də o, qurtulan kimsənin mən olduğunu ümüd edirəm deyəcəkdir. Kim o, vaxtı orada olarsa oradan bir şey götürməsin»189.
ƏRƏBİSTAN YARMADASININ YAŞILLIĞA BÜRÜNMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ərəb yarmadası bitkili (yaşıllı) və çaylar axan bir əraziyə dönmədikcə Qiyamət qopmayacaqdır»190. Muaz b. Cəbəl - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Təbuk döyüşü zamanı buyurdu: “İnşallah, siz sabah Təbuk ərazisində olan (su quyusuna) bulağa çatacaqsınız. Gündüz olmadan ora girməyin. Sizdən kim ora çatarsa mən gəlmədən oranın suyuna əl sürtməsin. Biz oraya çatdıqda artıq bizdən öncə iki nəfər ora gəlmiş və quyudan ayaqqabı bağı kimi incə su axırdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – o, iki adama: “Bu suya əlinizi sürtdünüzmü?”. Onlar: “Bəli” dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları danladı. Sonra o, quyunun (axmış) suyunu ovucu ilə götürərək bir şeyin içinə doldurdu. Əllərini və üzünü yudu. Qalan suyu quyunun içinə boşaltdı. Quyunun suyu artı. Oradakılar bol-bol ondan içdilər. Peyğəmbər: “Ey Muaz! əgər sənin ömrün uzun olarsa buranın baxçalarla dolu olduğunu görəcəksən”191.
İNSANLARIN ŞƏRLİLƏRİNƏ ETİMAD EDİLMƏSİ
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətdən öncə aldadıcı illər olacaqdır. O, illərdə doğrular yalan, yalançılar doğru danışarlar, güvənilir bir kimsə xəyanət edər, xain kimsəyə güvənilir və dəyərsiz kimsələr söz sahibi olurlar»192.
YAĞIŞLARIN ÇOXALMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın göydən o, qədər yağış yağar ki, ondan qorunmaq üçün kərpiç evlər yetərli olmaz. Dəridən çadırlar qurarlar”193. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın bir il yağış yağar, lakin yerdən bir bitki də bitməz”194.
Dostları ilə paylaş: |