Hesablamalar yerinə yetirilir. Indiyə qədər bir sıra hesablama işləri cədvəl formasında yerinə yetirilirdi. Xüsusilə kargüzarlıq işlərində: cədvəllər üzərində hesablamalar, xərclər smetası, balans hesablamalar və s. Bundan başqa bir sıra riyazı məsələlərin ədədi üsullarla həllini də cədvəl şəklində yerinə yetirmək əlverişlidir. Elektron cədvəl belə hesablamaların avtomatik aparılması üçün əlverişlidir.
Riyazi modelləşdirmə. Elektron cədvəllərdə riyazi düsturlardan istifadə etməklə real sistemi parametrlərin müxtəlif qiymətlərində təsvir etmək olar. Elektron cədvəlin əsas xassələrindən biri dəyişənlərin ilkin qiymətlərində dəyişiklik aparmaqla az vaxt ərzində yenidən hesablama aparmaq və nəticə almaq mümkündür. Elektron cədvəllərin bu xassəsi ədədi eksperimentlərin aparılması üçün çox əlverişli olmaqla modelləşdirmə zamnı qrafiki təsvirlərdən istifadə etməyə imkan yaradır.