Nümayiş. Müəllim nümayiş ekranından istifadə etməklə kursun məzmununa daxil edilən elementləri göstərə bilər. Bu zaman müəllim fərdi kompütedə işləyir, şagirdlər onu izləyir və müəyyən əməliyyatları özlərinin kompüterlərinin ekranında canlandırırlar. Bəzi hallarda müəllim xüsusi nümayiş proqramlarını şagird kompüterlərinə göndərir və şagirdlər müstəqil olaraq işləyirlər.