Laboratoriya işi. Bu zaman bütün şagirdlər eyni vaxtda öz iş yerlərində müəllimin ötürdüyü informasiyalar əsasında proqram vasitələri ilə işləyirlər. Bu vasitələrin müxtəlif didaktik məqsədləri ola bilər:
yeni tədris materialının mənimsənilməsi;
müəllimin izah etdiyi yeni materialın möhkəmləndirilməsi;
alınmış biliklərin mənimsənilmə səviyyəsini və qazanılmış bacarıqların yoxlanılması.
Frontal laboratoriya işləri zamanı müəllimin əsas rolu şagirdlərin işinə nəzarət etmək və onlara lazimi köməkləri etməkdir.
Praktikum. Şagirdlər müəllim tərəfindən müstəqil yerinə yetirilmək üçün fərdi tapşırıqlar alırlar. Onlar bu tapşırıqları 1 – 2 və ya çox dərsdə, dərsdənkənar vaxtda və evdə yerinə yetirə bilərlər. Bu tapşırıqlar kursun müəyyən bölməsi üzrə şagirdlərin bilik və bacarıqlarına müəyyən etmək məqsədi daşıyır. Şagirdlər tapşırığı kompüterdən istifadə etməklə həll edir və dəftərlərində zəruri qeydlər aparırlar.
Dərsin təşkilinin ənənəvi forması şagirdlərin inkişafında həmişə əhəmiyyətli rol oynamir.