həcminə, informasiya tutumuna görə çox da böyük deyildir.
Daimi yaddaş qurğusunda olan informasiyalar əməli yaddaş qurğusundan fərqli olaraq kompüter şəbəkədən ayrıldıqda itmir, silinmir, yox olmur. Daimi yaddaş qurğusuna yazılan informasiyalar dəyişilmir. Daimi yaddaş qurğusu əməli yaddaş qurğusuna nisbətən az yaddaş tutumuna malikdir.
Xarici yaddaşkimi maqnit və optik informasiya daşıyıcılarından istifadə olunur. maqnit informasiya daşıyıcılarına maqnit lenti və maqnit disklərini, optik disklərə isə CD-ROM adlanan diskləri misal göstərmək olar. Xarici yaddaşın aşağıdakı fiziki xassələrini qeyd etmək olar:
xarici yaddaş enerjidən asılı deyil, başqa sözlə informasiya kompüterin işlək və ya qeyri-işlək vəziyyətdə olmasından, informasiya daşıyıcısının kompüterdə olmasından və ya olmamasından asılı deyil;