Simvol informasiyaların təsviri. Bu gün EHM-lərdə mətnlər üzərində iş daha çox yerinə yetirilir. “Mətni informasiya” və “Simvol informasiya” sinonim terminlər kimi istifadə olunurlar. İnformatikada mətn dedikdə əlifbanın simvollarından ibarət istənilən ardıcıllıq başa düşülür. Simvollar ardıcıllığı əlifbanın həriflərindən, kimyəvi formullardan, fiziki və riyazi düsturlardan da ibarət ola bilər. EHM-lərdə mətnləri təsvir etmək üçün istifadə olunan simvollar kompüterin simvollar əlifbasını əmələ gətirir.
Kompüterin əlifbası 256 simvoldan ibarətdir və hər bir simvol yaddaşda 1 bayt yer tutur.
Kodlaşma cədvəli - əlifbanın hər bir simvoluna onun nömrəsini qarşı qoyan nizamlanmış standartlardır. Ən kiçik nömrə 0, ən böyük nömrə isə 255-dir. Simvolun ikilik kodu – onun ikilik say sistemində nizamlı mömrəsidir. Bu baxımdan kodlaşdırma cədvəli əlifbanın xarici təsviri ilə onun daxili ikilik kodu arasında əlaqəni tənzimləyir.
Beynəlxalq standartlara əsasən fərdi kompüterlərdə ASCH standart kodlaşdırma cədvəlindən istifadə olunur. Cədvəlin ilk yarısı beynəlxalq standarta aid simvollardır. Buraya latın əlifbasının böyük və kiçik hərfləri, onluq say sisteminin rəqəmləri, müxtəlif simvollar aiddir. 0, 1,........,31 nömrəli simvollar idarəetmə simvolları adlanır. Onların vəzifələri mətni ekrana çıxarmaq və ya çap etmək, səs siqnallarından istifadə etmək, mətnləri qeyd etmək və.s-dir. 32-ci simvol probelə uyğundur. Digər ədədlər isə müəyyən simvolları əks etdirirlər. Burada şagirdlərin diqqətini leksikoqrafik nizamlılığa- latın əlifbasının hərflərinin və rəqəmlərin yerləşmə ardıcıllığına yönəltmək lazımdır. Bu prinsip əsasında simvol informasiyaların araşdırılması həyata keçirilir və şagirdlər bununla ilk dəfə verilənlər bazası ilə işləyərkən rastlaşırlar.
Beynəlxalq standartlara uyğun kodlar cədvəlinin ikinci hissəsinin müxtəlif variantları var. Bu hissədə milli əlifbanın simvolları verilir. Kodlar cədvəlinin 128,129,.....255 nömrəli simvolları kodlar səhifələrini təşkil edir.
Dostları ilə paylaş: |