Ehm-in yaranma tariXİ


İNFORMATİKA KURSUNDA SİSTEM ANALİZİN ELEMENTLƏRİ



Yüklə 172,56 Kb.
səhifə81/119
tarix02.01.2022
ölçüsü172,56 Kb.
#36695
1   ...   77   78   79   80   81   82   83   84   ...   119
referat 2390

İNFORMATİKA KURSUNDA SİSTEM ANALİZİN ELEMENTLƏRİ

Əvvəlcə şagirdlərə sistem anlayışı haqqında məlumat vermək lazımdır: insan onu əhatə edən aləmdə müxtəlif xassələrə malik və bir-biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif obyektlərlə əhatə olunur. Belə obyektlərə, misal olaraq, Günəş sistemi planetlərini göstərmək olar. Planetlər Günəş sisteminə, Günəş sistemi isə qalaktikaya aiddir. Digər tərəfdən bilirik ki, planetlər də müxtəlif kimyəvi element atomlarından, atomlar elementar hissəciklərdən ibarətdir. Buradan belə bir nəticə çıxarmaq olar: praktik olaraq hər bir obyekt digər obyektlərdən təşkil olunur və özünün sistemini təşkil edir.

Sistem tərkib hissələri bir-biri ilə qarşılıqlı əlaqədə olan obyektlər çoxluğudur. Sistemi əmələ gətirən obyektlər sistemin elementləri adlanır. Sistemin elementləri arasında müxtəlif əlaqələr və münasibətlər mövcuddur. Məsələn, kompüter də bir sistem əmələ gətirir və bu sistem bir-biri ilə qarşılıqlı əlaqədə olan qurğulardan ibarətdir. Sistemin elementlərindən biri sıradan çıxdıqda, sistem işini dayandırır.

Sistem anlayışı ilə sistomologiya elmi məşğul olur. Orta məktəblərdə bu tədris olunmur. Lakin sistem anlayışı müxtəlif fənnlərin tərkib hissəsində tədris olunur.

İnformatika kursunda sistem anlayışından xüsusi hallarda istifadə olunur. Bir-biri ilə əlaqəli olan və kompüterdə emal olan vasitələr toplusu verilənlər sistemini, müxtəlif məqsədlər üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan proqramlar toplusu proqramlar sistemini əmələ gətirir. Qeyd edək ki, informasiya sistemləri kompüter texnologiyasının vacib elementlərindəndir.

İnformasiya modelinə əsas yanaşma prinsipi sistemli yanaşma prinsipidir. Çünki hər bir modelləşdirilən obyektə sistem kimi baxmaq olar. Modelləşdirmə məqsədindən asılı olaraq obyektin xassələri qarşılıqlı əlaqələrinə görə fərqləndirilir. Biz deyə bilirik ki, informasiya modeli bir-biri ilə qarşılıqlı münasibətdə olan parametrlər sistemidir. Bu parametrlər və onlar arasında münasibətlər qrafiki, riyazi, cədvəl, şəkil və.s

formalarında vermək olar. Hər bir sistemin əsas xarakteristikası onun strukturudur. Çünki struktur sistemi təşkil edən elementlərin nizamlı çoxluğudur. Başqa sözlə strukturu sistem arasında qarşılıqlı əlaqə kimi də başa düşmək olar. Strukturun qavranılan və əyani təsviri onun qraflarla verilməsidir.

Formallaşdırma və modelləşdirmənin məzmununun əsasında şagirdlərin sistemli təfəkkürünü inkişaf etdirmək kimi pedoqoji vəzifə durur.




Yüklə 172,56 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin