maddi
informasiya
Obyektlərin həndəsi, fiziki və müəyyən olunmuş başqa xassələrini maddi olaraq əks etdirən modellər maddi modellər adlanır. başqa sözlə informasiya modelinə əllə toxunmaq, gözlə görmək olmur. Informasiya modellərinin özlərinin də bir neçə növü var. Məsələn:
Təsviri informasiya modelləri. Bu modellərin qurulmasında təbii dillərdən və şəkillərdən istifadə olunur.
Formal informasiya modelləri. Bu modellərin qurulmasında formal dillərin köməkliyindən istifadə olunur. Formal informasiya növlərinin özləri riyazi, məntiqi və.s modellərdən ibarətdir. Riyazi işarələr və düsturlar vasitəsi ilə qurulan modellər riyazi modellər adlanır. Qeyd edək ki, riyazi dil formal dillərin toplusudur. Orta məktəbdə istifadə olunan formal dillər vardır. Həndəsi dil, cəbri dil və.s. Cəbri dil kəmiyyətlər arasında aslılıqları formalaşdırmağa imkan verir.
Formal dillər vasitəsi ilə informasiya modelinin qurulması prosesinə formalaşdırma deyilir. Məntiqi dil vasitəsi ilə informasiya modeli qurmaq olar. Burada məntiqi əməllər və məntiqi ifadələrin köməyindən istifadə olunur. İnformasiyanın modelini qurarkən riyazi, məntiqi üsullardan istifadə olunur. Qurulan hər bir modelə uyğun orjinalın xassələri mütləq nəzərə alınmalıdır. Uyğun olaraq informasiya modelləri qurulan zaman informasiyanın xüsusiyyəti nəzərdən keçirilməlidir. Əgər model baxılan zaman halında dəyişmirsə bu model statik modeldir. Əgər baxılan zaman kəsiyində model dəyişib müəyyən defermasiyaya uğrayırsa belə model dinamik model adlanır.
Dostları ilə paylaş: |