xarici yaddaşın sürəti əməli yaddaşla müqayisədə aşağıdır;
informasiyanın həcmi daxili yaddaşla müqayisədə xeyli böyükdür.
Daxili yaddaşın təşkili. Daxili yaddaşda informasiyalar bitlər ardıcıllığı şəklində təsvir olunurlar. Bitlərin qurluşu daxili yaddaşın diskretliyini təyin edir. Kompüter işləyən zaman oyuqlarda 0 və 1-lər işıqlanır.
Daxili yaddaşın xassələrindən biri də onun ünvanlaşdırılmasıdır. Yaddaşda baytlar ünvanlaşdırılır. Baytın ünvanı onun yaddaşda nizamlı nömrəsidir.
Xarici yaddaşın təşkili. Xarici yaddaşın strukturu – fayllardan ibarət olmasıdır. Şagirdlərə xarici yaddaşda saxlanılan faylın mahiyyətini və onun da bayt və bitlərdən ibarət olduğunu izah etmək lazımdır.
Fərdi kompüterin arxitekturası. EHM-lər müxtəlif siniflərə: super-EHM-lər, mini-EHM-lər, mikro-EHM-lər və.s bölünür. Bu gün təhsil müəssələrində fərdi kompüterlərdən istifadə olunur. bu baxımdan şagirdlər fərdi kompüterin qurğularını və.s bilməlidirlər.
EHM-in arxitekturasının əsasını XX əsrin 40-cı illərində Con fon Neyman tərəfindən verilmiş ideyalar təşkil edir. Bu ideyalar aşağıdakılardır:
|