Ehm-in yaranma tariXİ


Icraçı, Icraçının əmrlər sistemi Alqoritm



Yüklə 172,56 Kb.
səhifə89/119
tarix02.01.2022
ölçüsü172,56 Kb.
#36695
1   ...   85   86   87   88   89   90   91   92   ...   119
referat 2390

Icraçı,

Icraçının

əmrlər

sistemi


Alqoritm

1-ci əmr


2-ci əmr

..............

3-cü əmr


Nəticələr

Bu sistemdə əsas mərkəzi obyekt – alqoritmlərin icraçısıdır. Icraçı – tərtib olunmuş alqoritmi idarə edən obyekt və ya subyektdir. Icraçının əsas xarakteristikası idarəetmə baxımından onun əmrlər sistemidir. Bu əmrlər sistemi sonlu olub istifadəçi tərəfindən başa düşülən əmrlər çoxluğudur.

Verilmiş məsələni həll etmək və nəticəni almaq üçün verilənlər və alqoritm məlum olmalıdır. Alqoritmə icraçının əmrlər sisteminə daxil olan əmrlər daxil olmalıdır və bu alqoritmin aydınlıq xassəsidir. Hər bir proqramçı səviyyəsindən asılı olaraq müəyyən qrup əmrləri başa düşür və məsələnin həll alqoritmini yazmaq üçün həmin əmrlərdən məqsədəuyğun şəkildə istifadə edir. Bu mənada alqoritmlər elə əmrlərdən tərtib
olunmalıdır ki, onu icraçılar da başa düşə bilsin. Icraçının başa düşdüyü və yerinə yetirə biləcəyi əmrlər çoxluğu “icraçının əmrlər sistemi” adlanır.

Alqoritmin aydınlığı dedikdə, alqoritmi təşkil edən əmrlərin icraçının əmrlər sisteminə daxil olması baəa düşülür.

Alqoritmin digər xassəsi onun dəqiqliyi, birqiymətli olması-müəyyənliyidir. Alqoritmin müəyyənliyi dedikdə alqoritmi təşkil edən əmrlərin dəqiq və birqiymətli təyin olunması, başqa sözlə, proqramda istifadə edilən əmr və ya göstərişlərin birmənalı olması başa düşülür.

alqoritmin xassələrindən biri nəticəlik xassəsidir. Bu xassəyə əsasən alqoritmi təşkil edən əmrlər icra edildikdə sonlu sayda addımlardan sonra verilənlərdən asılı olaraq nəticə alınır (və ya həllin olmaması haqqında məlumat verilir).

Addımlarının sayı sonsuz sayda olan alqoritmlərin nəticəsi olmur.

Kütləvilik xassəsi məsələnin həll alqoritminin ümumi şəkildə tərtib edilməsini tələb edir. Bu alqoritmlər müəyyən sinif məsələlər üçün tərtib olunur və onlar bir-birindən yanlız ilkin verilənlərinə görə fərqlənirlər.

Diskretlik. Bu zaman məsələnin həll alqoritminin ardıcıl icra edilən əmrlər və ya əvvəldən müəyyən edilmiş sadə mərhələlər şəklində təsvir oluna bilməsi başa düşülür. Verilənlərdən asılı olaraq hər bi mərhələ sonlu vaxt ərzində yerinə yetirilir.

Məsələnin həll alqoritminin qurulması çətin və mürəkkəb proses olduğu üçün proqramçının xüsusi hazırlığının olması zəruridir. Kompüterin tipindən asılı olmayaraq alqoritmi bu və ya digər şəkildə təsvir edirlər. Alqoritmin ən çox sözlər, psevdokod, blok-sxem, Nsaai-Şneyderman qrafları, ierarxik sxemlər, cədvəl şəklində və alqoritmik dillə verilməsindən istifadə edilir. Blok-sxem, Nassi-Şneyderman qrafları məsələnin həll ardıcıllığınınqrafik təsviridir. Əmrlər müxtəlif həndəsi föqurlar vasitəsilə təsvir edilir.



PSEVDOKOD - alqoritmin təbii dildə, proqramlaşdırma dilinə yaxın əmrlərlə yazılışıdır. Burada birqiymətli və aydın olunmuş xidməti (açar) sözlərdən istifadə olunur və bu sözlər proqramda nəzəri cəlb edəcək şəkildə yazılır.

Akademik A.P.Yerşovun təklif etdiyi alqoritmik dil və avtomatik proqramlaşdırma dili psevdokoda misal ola bilər.




Yüklə 172,56 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin